Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha banklar bağlanmayacaq

Daha banklar bağlanmayacaq

Date: 4 November 2016 12:48

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) gündəliyində bir və ya bir neçə bankın bağlanması kimi məsələlər yoxdur.

Publika.az xəbər verir ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib: “Bizim əsas məqsədimiz maliyyə sektorunun dayanıqlığını təmin etməkdir. Bu çərçivədə biz bir neçə bankın lisenziyasını geri çağırdıq, həmin banklarda yerləşdirilən qorunan əmanətlərin kompensasiya ödənişlərini apardıq. Əslində bu bankların lisenziyalarının geri çağırılması məqsədi deyildi. Bu qərardan öncə onların səhmdarları ilə yetişməyən kapitalın bərpa olunması ilə bağlı danışıqlar aparıldı. Təəssüf ki, səhmdarlar lazımi səviyyədə kapitallaşmanı təmin edə bilmədi. Bununla yanaşı, kapital çatışmazlığı olan bir neçə bank da var idi ki, onlar lazımi səviyyədə kapitallaşmanı təmin etdi. "Bank Standard" ayrıca bir nümunədir. Bilirsiniz ki, bu bankın sağlamlaşdırılması ilə bağlı bir neçə cəhd olundu. Amma bu cəhdlər uğursuz olduğuna görə, bankın lisenziyası geri çağırıldı. Bu bankda yerləşdirilən qorunan əmanətlərin kompensasiyası davam edir. Artıq təxminən 8600 əmanətçiyə 380 mln. manat həcmində kompensasiya ödənilib”.

İqtisadiyyat şöbəsi


Tags:  banklar bağlanmayacaq

RƏYLƏR


Top news