Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Palatadan qanunsuz valyuta mübadiləsi aparanlara qarşı sərt tədbirlər

Palatadan qanunsuz valyuta mübadiləsi aparanlara qarşı sərt tədbirlər

“Qara bazar”da dollar satan şəxslər tutuldu - FOTO (15 Fevral 2017 11:43)
"Göz qabağında şeytan balası": nəhayət onları da tutdular - FOTO (15 Fevral 2017 11:42)
“Qara bazar”da dollar satan 5 nəfər tutulub (15 Fevral 2017 11:32)

Tarix: 4 Noyabr 2016 12:53

"Maliyyə Bazarlarına Nəzarət Palatası bazarda baş verən qanunsuzluqları diqqətdən kənarda qoymur".

Publika.az-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

O qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası olaraq bankların, sığorta şirkətlərinin və kapital bazarlarının iştirakçıları olan investisiya şirkətlərinin fəaliyyətinə nəzarət edir. Palataya bəzi məlumatlar daxil olur: “Daxil olan məlumatlar əsasında biz hüquq-mühafizə orqanlarına müraciət edirik. Xatırlayırsınızsa, bir müddət öncə prokurorluq, təhlükəsizlik orqanları və Palatanın əməkdaşlarının birgə tədbiri nəticəsində qanunsuz valyuta mübadiləsi əməliyyatları aparan şəxslər saxlanılmışdı. Son zamanlar bizə yenə müraciətlər daxil olur. Biz bu məlumatları toplayaraq hüquq-mühafizə orqanlarına göndəririk. Ümid edirik ki, müvafiq orqanlar tərəfindən daha aktiv tədbirlər görüləcək".

İqtisadiyyat şöbəsi


Teqlər:  Palatadan qanunsuz valyuta mübadiləsi aparanlara qarşı sərt tədbirlər



RƏYLƏR


Top xəbərlər