Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyə hökuməti həbslərin səbəbini açıqladı

Türkiyə hökuməti həbslərin səbəbini açıqladı

Date: 4 November 2016 12:58

Türkiyə hökuməti Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının saxlanılması ilə əlaqədar beynəlxalq media üçün bəyanat verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bəyanatda HDP-li millət vəkillərinin ifadə vermək üçün məhkəməyə gəlmədiyi üçün saxlanıldıqları bildirilib.

Daxili İşlər Nazirliyinin açıqlamasında isə saxlanılması barədə qərar verilən HDP-li millət vəkilləri Faysal Sarıyıldız və Tuğba Hezer Öztürkün xaricdə olduğu bildirilib.

Qeyd edək ki, dünən HDP-li 11 millət vəkili - Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, Səlahaddin Dəmirtaş, İdris Baluken, Figen Yüksəkdağ Şenoğlu, Sırrı Sürəyya Öndər, Ziya Pir, Gülsər Yıldırım və Nursel Aydoğan saxlanılıb.

HDP-nin həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıb.

Ömər Dağlı


Tags:  Türkiyə hökuməti həbslərin səbəbini açıqladı

RƏYLƏR


Top news