Rüfət Aslanlı “Körpü-Bank”lardan danışdı

Rüfət Aslanlı “Körpü-Bank”lardan danışdı
13:03 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda problemli bankların idarə olunması ilə bağlı hazırlanmış qanun layihəsi kredit təşkilatlarına təyin olunan müvəqqəti inzibatçılara əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

O deyib ki, bu, bank qanunvericiliyinin dəyişməsi deyil, daha da təkmilləşdirilməsidir: “Azərbaycanın bank tənzimlənməsi və nəzarət qanunvericiliyində müvəqqəti inzibatçının vəzifələri dəqiq göstərilməyib. Məqsədimiz odur ki, ödəniş qabiliyyətini itirmiş, kapital çatışmazlığı problemi olan banklara gələcəkdə təyin ediləcək müvəqqəti inzibatçılar əlavə səlahiyyətlərə malik olsunlar”.

Onun sözlərinə görə, qanun layihəsi müvəqqəti inzibatçının problemli bankın sağlam aktivlərini onun öhdəliklərinin bir hissəsi ilə birlikdə hərrac vasitəsilə başqa banka ötürməsini, bundan əldə olunan vəsait hesabına sağlamlaşdırma tədbirləri həyata keçirməsini nəzərdə tutur: “Həmçinin, layihədə “Körpü-Bank” anlayışı var. Sağlam olmayan bankın öhdəlikləri ilə birlikdə “Körpü-Bank”a ötürülməsi, sonra isə həmin bankın satılması nəzərdə tutulub. Bu da qabaqcıl dünya təcrübəsinə uyğundur”.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/174728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR