Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Qarabağ" PAOK-dan 1,3 milyon manat qazandı

"Qarabağ" PAOK-dan 1,3 milyon manat qazandı

Date: 4 November 2016 13:17

Avropa Liqasında PAOK üzərində evdə və səfərdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" büdcəsini yaxşılaşdırıb. Fanat.Az xəbər verir ki, Ağdam klubu yunanlarla oyunlara görə 720 min avro (bu günkü məzənnə ilə 1 milyon 325 min 736 avro) qazanıb.


Belə ki, UEFA Avroliqanın qrup mərhələsində hər qələbəyə görə 360 min avro (662 min 868 manat) verir. İki oyunda qələbə qazanan "Qarabağ" 720 min avro əldə edib.


Beləliklə, "Qarabağ"ın cari mövsümdə avrokuboklardan qazandığı məbləğ 4 milyon 385 min avroya (8 milyon 74 min 100 manat) qazanıb. Bunun 700 min avrosu Çempionlar Liqasından (300 min avro II təsnifat mərhələsində, 400 min avro III təsnifat mərhələsindəki çıxışa görə), qalan 3 milyon 685 min avrosu Avropa Liqasından (pley-off mərhələsi 245 min, qrupa düşmək 2.6 milyon avro, qrupda 1 heç-heçə 120 min, 2 qələbə 720 min avro) qazanılıb.


Fanat.Az



Tags:  Qarabağ PAOK-dan milyon manat qazandı


RƏYLƏR


Top news