Tibb Universitetində yeni təyinatlar

Tibb Universitetində yeni təyinatlar
13:18 4 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tibb Universiteninin Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub.

Publika.az xəbər verir ki, universitetin rektoru Gəray Gəraybəyli səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı ilə Klinikaya yeni baş direktor vəzifəsinə təyin olunmuş professor, Tədris Terapevtik Klinikanın II Pediatriya şöbəsinin müdiri Hüseyn Qabulovu kollektivə təqdim edib.

Gəray Gəraybəyli Hüseyn Qabulovu təbrik edib.

O bildirib ki, universitetin öz kadrının bu vəzifəyə təyinatı onun üçün də çox xoş oldu: "İnanıram ki, bundan sonra da Klinikanın işlərinin yaxşılaşdırılması istiqamətində uğurlu işlər görüləcək. Çünki, bu, bizim əsas məqsədlərimizdən biridir”.

Hüseyn Qabulov çıxış edərək bu etimada görə səhiyyə naziri Oqtay Şirəliyevə və rektor Gəray Gəraybəyliyə öz minnətdarlığını bildirib.

Gəray Gəraybəyli onu da qeyd edib ki, sözügedən klinikanın keçmiş baş direktoru Könül Xəlilova nazirin digər sərəncamı ilə Respublika Diaqnostika Mərkəzinə baş həkim vəzifəsinə təyin olunub.

Rektor Könül Xəlilovanın Klinikaya direktor vəzifəsinə təyin olunduğu bir neçə ay müddətində çox böyük işlər gördüyünü də vurğulayıb.

Gəray Gəraybəyli öz növbəsində Könül xanımı təbrik edərək, onun bundan sonrakı işinin daha yüksək və respublika səviyyəli tibb müəssisəsində davam etdirəcəyini bildirib.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/174732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR