ATU-ya yeni direktor təyin olundu

ATU-ya yeni direktor təyin olundu
13:22 4 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub.

Milli.Az bildirir ki, bu barədə report-a klinikadan məlumat verilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı ilə professor, Tədris Terapevtik Klinikanın II Pediatriya şöbəsinin müdiri Hüseyn Qabulovu klinikaya direktor təyin edilib. ATU-nun rektoru Gəray Gəraybəyli yeni direktoru kollektivə təqdim edib.
G.Gəraybəyli bildirib ki, universitetin öz kadrının bu vəzifəyə təyinatı onun üçün də çox xoş olub: "İnanıram ki, bundan sonra da Klinikanın işlərinin yaxşılaşdırılması istiqamətində uğurlu işlər görüləcək. Çünki bu bizim əsas məqsədlərimizdən biridir".
Hüseyn Qabulov çıxış edərək bu etimada görə səhiyyə naziri Oqtay Şirəliyevə və rektor Gəray Gəraybəyliyə öz minnətdarlığını bildirib.
Gəray Gəraybəyli onu da qeyd edib ki, sözügedən klinikanın keçmiş baş direktoru Könül Xəlilova nazirin digər sərəncamı ilə Respublika Diaqnostika Mərkəzinə baş həkim vəzifəsinə təyin olunub.
Rektor Könül Xəlilovanın Klinikaya direktor vəzifəsinə təyin olunduğu bir neçə ay müddətində çox böyük işlər gördüyünü də vurğulayıb.
Gəray Gəraybəyli öz növbəsində Könül xanımı təbrik edərək, onun bundan sonrakı işinin daha yüksək və respublika səviyyəli tibb müəssisəsində davam etdirəcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR