Elnarə: "Sözləriniz əsəbimə toxunur..."

Elnarə: "Sözləriniz əsəbimə toxunur..."
13:22 4 Noyabr 2016
200 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elnarə Xəlilovanın yeni xarici görünüşü sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin qısa saçı istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

Elnarə instaqramda onu tənqid edənlərə cavab verib:

"Sizdən artıq dərəcədə xahiş edirəm, şəklimə saçımla bağlı yersiz şərhlər yazmayasınız. Ona görə ki, bu saçdır və bir gecəyə uzana bilməz. Bunu artıq anlayın. Bir həftəyə, hətta bir aya da uzana bilməz. İmkan verin, saçım uzansın. Hər gün eyni sözü yazıb durmayın. Sözləriniz insanın əsəbinə toxunur.

Hazırda saçımın rəngi budur. Saçım uzandıqca dib boyasını saçım rəngdə qoyuram. Çünki belə istəyirəm. Sabah necə istəyəcəm, onu bircə Allah bilir. Ümumiyyətlə, məndən sizə tövsiyə, sizə necə rahatdırsa, elə yaşayın, geyinin. Və imkan verin başqaları da yaşasınlar. Mənə bu gün belə rahatdır və xoşdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/486235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR