"Qarabağ" səfər sindromunu qırıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avrokuboklardakı son 7 səfər matçında qələbəyə həsrət qalan Ağdam təmsilçisi uğursuz seriyanı Avropa Liqasının qrup mərhələsinin IV turunda dayandırıb.
Yunanıstanda yerli PAOK-la qarşılaşan Qurban Qurbanovun yetirmələri bununla da 441 günlük həsrəti bitiriblər. Belə ki, çempionumuzun son səfər qələbəsi 2015-ci il avqustun 20-nə təsadüf edib. Həmin gün İsveçrədə "Yanq Boyz"un qonağı olan "Qarabağ" 1:0 hesabı ilə qələbə əldə etmişdi.
Bundan sonra avrokuboklarda keçirdiyi 7 oyunda 5 dəfə uduzan təmsilçimiz 2 heç-heçəylə təsəlli tapmışdı. Əyalət klubunun hər iki bərabərliyi Çempionlar Liqasına təsadüf etdiyindən Avropa Liqasında ardıcıl 5 dəfə yenilmişdi.
Milli.Az