"Qarabağ"ın yubiley qolu

"Qarabağ"ın yubiley qolu
13:52 4 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" avrokuboklarda yubiley qoluna imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi qitə miqyaslı turnirlərdə 75-ci dəfə rəqib qapısına yol tapıb.

Bu, Avropa Liqasının qrup mərhələsinin IV turunda baş verib. PAOK-la səfər oyununda 1:0 hesablı qələbə qazandıran top yubiley xarakteri daşıyıb.
 
İspaniyalı yarımmüdafiəçi Miçel bu tarixi qolun müəllifi olub. Əyalət klubu 75-ci qolu 76-cı matçda vurub. Bununla da komandanın orta məhsuldarlığı 0,987-yə çatıb.
 
Miçelin qolunu ikiqat yubiley kimi də dəyərləndirmək mümkündür. Çünki bu top "Qarabağ"ın həm də Avropa Liqasında 60-cı qoludur. 56-cı görüşdə vurulan top orta məhsuldarlığı 1,071-ə çatdırıb.
 
Avrokuboklarda ən çox qol vuran Azərbaycan klubu 1996-cı ildə debüt etdiyi qitə səhnəsindəki qollarını 4 müxtəlif turnirdə vurub. 60 qolu Avropa Liqasına təsadüf edən ağdamlılar Çempionlar Liqasında 12, İntertoto Kubokunda 2, Kuboklar Kubokunda isə 1 dəfə fərqlənib.
 
Qeyd edək ki, Kuboklar Kubokundakı yeganə qol "Qarabağ"ın qitə miqyaslı turnirlərdə ilk top olub. Bu qolu 1996-cı ildə "MüPA" ilə Finlandiyadakı görüşdə Bəxtiyar Musayev vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR