Bir qab yemək verib təcavüz etdilər: "Məni zorlayan gün..."

Bir qab yemək verib təcavüz etdilər: "Məni zorlayan gün..."
13:52 4 Noyabr 2016
2308 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyada Boko Haram (radikal islamçı təşkilat) dəhşətindən qaçıb ölkənin şimalındakı düşərgəyə sığınan qadınlara polislərin təcavüz etməsi barədə məlumatlar yayılıb.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, yayılan məlumatlara görə, polislər onlara bir qab yemək, pul, evlilik vədləri verərək qadınları zorlayıblar. Hətta polislərin çoxu qadınları zorladıqdan sonra onları tərk ediblər. 

Təcavüz məsələsi ölkədə böyük narahatlıq doğurub və hər kəsin müzakirə mövzusuna çevrilib.

Uşaqlardan biri təcavüzə uğradığını belə etiraf edib:

"Ona həmişə uşaq olduğumu deyirdim. Məni zorlayan gün əvvəlcə mənə bir stəkan içki verdi. Onu içəndən sonra yuxum gəldi. Özümü itirdim. Ayılanda artıq iş-işdən keçmişdi. Qanamam var idi və ağrı hiss edirdim. Heç kimə deyə bilmirdim. Çox qorxurdum".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR