Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəkir Bozdağ: "Saxlanılan HDP deputatları hüquqa hörmətsizlik ediblər"

Bəkir Bozdağ: "Saxlanılan HDP deputatları hüquqa hörmətsizlik ediblər"

Date: 4 November 2016 14:05

Türkiyədə saxlanılan millət vəkilləri hüquqa hörmətsizlik ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ədliyyə naziri Bəkir Bozdağ deyib.

Nazir Xalqların Demokratik Partiyasından (HDP) olan deputatların bəzilərinin saxlandığını bildirib: "15 millət vəkili saxlanılıb".

B.Bozdağ qeyd edib ki, Türkiyə hüquqi dövlətdir, qanun qarşısında hamı bərabərdir: "Bərabərlikdən niyə narahatsınız ki? Məlum olduğu kimi, 20 may 2016-cı ildə deputatların toxunulmazlığı aradan qaldırılıb".

O əlavə edib ki, saxlanılan millət vəkilləri hüququn işləməsinə şərait yaratmayıblar, hüququ tanımayıblar: "Hüquqa hörmətsizlik ediblər. Belə bir vəziyyətdə qanun və hüquq hansı tədbirin görülməli olduğunu açıq şəkildə yazır".

Milli.Az


Tags:  Bəkir Bozdağ Saxlanılan HDP deputatları hüquqa hörmətsizlik ediblər

RƏYLƏR


Top news