Boşanma xəbəri ilə gündəmə gələn keçmiş model Demet Şenet və basketbolçu İbrahim Kutluay haqda yeni iddia səsləndirilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 11 illik evliliklərini bitirməyə hazırlşan cütlük kəskin şəkildə dalaşıblar. Bunun ardından İbrahim evi tərk edib. Demet bütün bunlara aydınlıq gətirib:
"Ərimlə dalaşmamışam, məni tərk etməyib. Belə şey baş verməyib. Boşanma ərəfəsi başlayandan bəri heç bir araya gəlməmişik, danışmamışıq. Sadəcə vəkillərimiz əlaqə saxlayır".