Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Özlərindən kiçik müğənnilərə paxıllıq edirlər"

"Özlərindən kiçik müğənnilərə paxıllıq edirlər"

Date: 4 November 2016 14:12

"Şou-biznesə aidiyyatı olan da, olmayan da özünü bura daxil edir. Bəzi sənətkarlar var ki, onları şou-biznesdə görmürəm. Flora Kərimova, Alim Qasımov, Fidan və Xuraman Qasımovalar, Fidan Hacıyeva belələrindəndir".

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib. 
Prodüser bildirib ki, bəzi müğənnilər gənclərin yolunu kəsir:

"Adlarını çəkdiklərim səhnədə şou göstərmir. Şounu Ledi Qaqa yaradır, pul qazanır. Hər yerindən duran özünə sənətkar deyir, ya da yeni dəb çıxarmaq istəyir. Hələ onların gənclərə dəstək olduğunu görmədim. Gəlib acıq verirlər ki, mən staram, amma sizin təbəqədə star yoxdur. Ya da kimsə deyir ki, Elton gəlib qarşımda oxusun, ona qiymət verim. 

Elə müğənni var ki, xalq artistidir, məclisdə özündən on yaş balaca ifaçını gözlətdirir. Belə hərəkətlər paxıllıqdan irəli gəlir. Düşünürlər ki, yaşım gedir, onlar bizim yerimizə gəlir. Gənc ifaçı da həyəcanlanır, oxuya bilmir. Sənətkar özünü nə qədər püxtələşmiş göstərsə, o qədər yaxşıdır".

Tolik əməkdar artist Abbas Bağırovun ifaçı Ramal İsrafilova dəstəyindən söz açıb:

"Abbas gəncdir, amma Ramala dəstək olub, tanıdıb. Ramal bunu danmaz".

Qeyd edək ki, müğənni Elton Hüseynəliyev xalq artisti Brilliant Dadaşovanı paxıl adlandırıb, onun məclisdə gənclərə mikrofon vermədiyini demişdi.

Milli.Az


Tags:  Özlərindən kiçik müğənnilərə paxıllıq edirlər

RƏYLƏR


Top news