"Mançester Yunayted"in keçmiş futbolçusu üzünü dəyişdi - FOTO

"Mançester Yunayted"in keçmiş futbolçusu üzünü dəyişdi - FOTO
14:12 4 Noyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bir zamanlar "Mançester Yunayted"də oynayan və "Çinli Runi" ləqəbi ilə tanınan Donq Fanqzhuo karyerası uğursuz alındığı üçün futboldan uzaqlaşıb.

Milli.Az haberler.com-a istinadən bildirir ki, 31 yaşlı futbolçu yaşıl meydanlardan uzaqlaşan kimi estetik əməliyyat olunub.

2004-cü ilin yanvar ayında "qırmızı şeytanlar"a transfer edilən çinli forvard estetik əməliyyatla üzünü dəyişdirib.

Xatırladaq ki, bir vaxtlar "Real Madrid" və "İnter"in də maraq dairəsində olan hücumçunu Aleks Fergüson Old Trafforda gətirməyi bacarmışdı.

"Mançester Yunayted"də ilk 11-liyə düşmək üçün böyük səy göstərən Donq 2007-ci ildə komandası çempionluğa əminlik qazandıqdan sonra "Çelsi" ilə Premyer Liqa oyununda əsas heyətdə meydana çıxa bilmişdi.

Çox keçmir ki, onun "qırmızı şeytanlar"da forma geyinmək imkanlarının olduqca aşağı olduğu bilinir.  

Sonda Donq futbola başladığı Çinin "Dalyan Şayd" komandasına icarəyə verilir. Bundan sonra karyerasında eniş yaşayan çinli futbolçu bir çox xoşagəlməz olayların mərkəzində olmağa başlamışdı.

Donq uzun müddət sonra Çində yayımlanan bir verilişdə ortaya çıxdı.

"Məni başdan yarat" adlanan veriliş vasitəsi ilə  Donq estetik əməliyyatal üzünü dəyişdirib.

Təhməz Təkin

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR