Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Payatsi" tamaşasında Rusiya, Gürcüstan və Azərbaycan solistləri

"Payatsi" tamaşasında Rusiya, Gürcüstan və Azərbaycan solistləri

Date: 4 November 2016 14:17

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkavallonun "Payatsı" operasının tamaşası keçiriləcəkdir.

Milli.Az xəbər verir ki, teatr rəhbərliyi tamaşadakı əsas partiyalardan birini - Kanio partiyasını ifa etmək üçün Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti - Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvilini dəvət etmişdir.

Tonio partiyasında isə Sankt-Peterburqun Mixaylovski Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksandr Kuznetsov çıxış edəcəkdir.

Tamaşada Azərbaycanın vokal məktəbini teatrımızın solistləri - əməkdar artistlər Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), həmçinin Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) təmsil edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Milli.Az


Tags:  Payatsi tamaşasında Rusiya Gürcüstan Azərbaycan solistləri

RƏYLƏR


Top news