Ötən ilin noyabrında Türkiyə tərəfindən vurulmuş Rusiya qırıcısının pilotu Oleq Peşkovun dul xanımı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazırdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məlumatı Yelena Peşkova təsdiq edib.
Y.Peşkova deyib: "Bu bizim üçün nə qədər ağrılı olsa da, bu görüş üçün Moskvaya gələcəyik".
Bir müddət əvvəl M.Çavuşoğlu Türkiyənin həlak olan pilotun ailəsinə maddi yardım göstərməyə hazır olduğunu demişdi.
Milli.Az