Kikboksçumuz Almaniyada erməni idmançı ilə döyüşəcək

Kikboksçumuz Almaniyada erməni idmançı ilə döyüşəcək
14:42 4 Noyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov noyabrın 5-də növbəti dəfə rinqə çıxacaq.

Milli.Az goal.az-a istinadla bildirir ki, noyabrın 5-də Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçiriləcək. Yarışda ölkəmizi təmsil edəcək Xəyal Əhmədovun budəfəki rəqibi erməni döyüşçü Cioran Apuyepyan olacaq.

"A1 World Combat Cup"un təşkilatçılığı ilə keçirilən yarış dünyada "Səkkizlik" adı ilə də məşhurdur.

Xatırladaq ki, X.Əhmədov bundan əvvəl bu il mayın 28-də Hollandiyanın Eyndhoven şəhərində keçirilmiş "K-1" versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polyak idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR