Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə saxlanılan deputatlardan biri sərbəst buraxıldı

Türkiyədə saxlanılan deputatlardan biri sərbəst buraxıldı

Date: 4 November 2016 14:57

Türkiyə polisi Xalqların Demokratik Partiyasının (HDP) deputatı Ziya Piri ifadəsi alındıqdan sonra sərbəst buraxıb. Trend bu barədə Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.

Prokurorluq həmçinin HDP həmsədri Səlahəddin Dəmirtaşın ifadəsini alıb və onun həbsi barədə məhkəməyə məktub ünvanlayıb.

Qeyd edək ki, HDP-nin 12 deputatı ifadə verilməsi üçün prokurorluğun cağırışını nəzərə almayıblar. 

Saxlanılanlar arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağdan başqa, Türkiyə parlamentinin 9 HDP üzvü olan deputat da olub: Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndər.

Milli.Az


Tags:  Türkiyədə saxlanılan deputatlardan biri sərbəst buraxıldı

RƏYLƏR


Top news