Turizm infrastrukturu işçiləri üçün yeni qaydalar

Turizm infrastrukturu işçiləri üçün yeni qaydalar
14:57 4 Noyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xidmətgöstərmə qaydalarını və tələblərini pozan turizm infrastrukturu subyektlərinin işçiləri intizam məsuliyyətinə cəlb olunacaqlar.

Milli.Az xəbər verir ki, bu, yeni hazırlanan və hazırda Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə edilən "Turizm haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanda turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmətgöstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaqlar.

Bunun üçün turizm infrastrukturu subyektləri daxili intizam qaydalarını yazılı surətdə əməkdaşların nəzərinə çatdırmalıdırlar. Bundan sonra isə intizam pozuntusuna yol vermiş əməkdaşları intizam məsuliyyətinə cəlb edə bilərlər. Bu cür qaydalar olmadıqda əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qadağandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR