Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mərdəkanda xeyriyyə sərgisi keçirildi - FOTO

Mərdəkanda xeyriyyə sərgisi keçirildi - FOTO

Date: 4 November 2016 15:05

Mərdəkan Mədəniyyət Sarayında Adilə Qurbanovanın rəsmlərinin xeyriyyə sərgisi keçirilib.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında gənc həvəskar rəssam, IV dərəcəli skolioz xəstəliyindən əziyyət çəkən Adilə Qurbanovanın xeyriyyə sərgisi keçirilib.     

Tədbirdə iştirak edən 5 nömrəli Texniki Peşə Məktəbinin müəllim və şagird heyəti, Xəzər rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Reabilitasiya xəstəxanasının həkim heyəti, 181 saylı tam orta məktəbin müəllim və şagirdləri Adilənin çəkdiyi rəsmlərlə tanış olublar. 

Qeyd edək ki, Adilə Qurbanova dövlət tərəfindən təşkil olunmuş bir çox tədbirlərdə iştirak edib və bu tədbirlərdə fəallığına görə 30-dan çox diplom, fəxri fərman, təşəkkürnamə və sertifikatlarla təltif olunub. 

Milli.Az






Tags:  Mərdəkanda xeyriyyə sərgisi keçirildi FOTO

RƏYLƏR


Top news