Paytaxtda ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu

Paytaxtda ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu
15:27 4 Noyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonu Əliyar Əliyev küçəsi 25 ünvanında ağacların kəsilməsi ilə bağlı noyabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "qaynar xətt"inə şikayət daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, şikayət ETSN-nin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda diametri 40 sm olan 1 ədəd tut və diametri 25 sm olan 1 ədəd sərv ağacının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR