Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bunu qızımın təkidi ilə etdim" - Almaz Ələsgərli

"Bunu qızımın təkidi ilə etdim" -  Almaz Ələsgərli

Date: 4 November 2016 15:36

“Doğum günümü piar etmədim. Qızım və rəfiqələrimin təkidi ilə kiçik yığıncaq keçirdim. Yaxşı keçdi, dostlarım mənə çox dayaq oldular”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Almaz Ələsgərli “ARB Ulduz”da yayımlanan “Şou-məkan” verilişinə deyib. 

Müğənni bir çox məşhurların qocalmaq qorxusundan söz açıb:

“İllər ötüb. Demirəm ki, ötən illərimə qayıtmaq istəyirəm. Həmin illəri artıq yaşamışam. Bir il də ömrümüzdən getdi. Buna görə bir az kədərlənirəm. İnanın, ilk doğum günümdür ki, mən göz yaşları tökmədim. Hər ad günümdə deyirəm ki, axı niyə ağlayıram? Heyvanları çox sevirəm. Evimdə çalışan qadın mənə tutuquşu hədiyyə gətirdi. İndiyənə kimi bu cür sevinməmişdim. Mənim iki itim də var. Düşünürdüm ki, itlərim onu öldürəcək. Ancaq tutuquşu onların burnunu dişləyir”.

Özünü aktrisa kimi sınayan ifaçı yeni tamaşalarından bəhs edib:

“Musiqili Teatrda aktrisa kimi çalışıram. Tamaşalarım çoxdur. Bu aydan “Baladadaşın toy hamamı”nda varam. Sonra “Molla Nəsirəddinin beş arvadı” tamaşında oynayıram. “Arşın mal alan”da Cahan xala obrazını canlandırıram. Müğənnilik və aktrisalıq fərqli bir sənətdir. Onların ikisini bir yerdə tutmaq lazımdır. Bu iki sənətlə yaşayıram və həzz alıram”.


Tags:  Bunu qızımın təkidi etdim Almaz Ələsgərli

RƏYLƏR


Top news