“İŞİD”-in mövqelərinə daha 20 zərbə endirildi

“İŞİD”-in mövqelərinə daha 20 zərbə endirildi
21:09 5 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr “İŞİD”in mövqelərinə 20 hava zərbəsi endirib.

 

APA-nın RİA Novosti agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

 

Məlumata görə, koalisiya terrorçuların canlı qüvvə və hərbi texnikasına Suriyada 14, İraqda isə 6 hava zərbəsi endirib.

 

“Iraqi News agency”-nin məlumatına əsasən, bir neçə gün ərzində İraqın təhlükəsizlik qüvvələri Salahəddin əyalətində azı 26 silahlını məhv ediblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR