Qubada avtomobil yolunda torpaq sürüşdü - FOTO

Qubada avtomobil yolunda torpaq sürüşdü - FOTO
15:52 4 Noyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba-Zərqova kənd yolunda torpaq sürüşməsi baş verib. 

Milli.Az APA-ya istinadən bildirir ki, sürüşmə yolun üç hissəsində qeydə alınıb. Son günlər havaların yağıntılı keçməsi yolda çökməyə və çatların yaranmasına da səbəb olub. Kənd sakinlərinin sözlərinə görə, 9 kəndi rayon mərkəzi ilə birləşdirən yoldan 4 mindən artıq sakin istifadə edir. Kənd sakini Mahir Xudaverdiyev bildirib ki, ərazidə sürüşmə baş verdiyindən avtomobillərin hərəkəti üçün təhlükəlidir. Yolda torpaq sürüşməsinin baş verdiyi ərazilər sakinlər tərəfindən nişanlanıb. 
 
Quba rayon İcra Hakimiyyəti başçısının Zərqova kəndi üzrə nümayəndəsi Fərman Tahirovun sözlərinə görə, mütəxəssislər yolda sürüşmə baş verən ərazilərə baxış keçirib: "Təbii fəlakətin olduğu bəzi hissələrə daş tökülməsi qadağan edilib, çünki bu, çökməyə səbəb ola bilər. Həmin yerlərdən su ötürücü boruların qoyulmasına qərar verilib. Digər 2 sürüşmə yerinə isə çınqıl və daş tökülüb, təmir işləri yaxın 10 gün ərzində aparılacaq". 
 
14 km-lik Quba-Zərqova avtomobil yolu 1970-ci illərdə çəkilib, 25 il öncə isə yola asfalt döşənib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR