Şamaxıda göl daşdı, yol bağlandı

Şamaxıda göl daşdı, yol bağlandı
15:58 4 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

“Son günlər yağışların normadan artıq yağması nəticəsində Şamaxının Çuxuryurd kəndində yerləşən göldə suyun səviyyəsi qalxıb”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, gölün suyunun qalxması nəticəsində yol bağlanıb və avtomobillərin hərəkətində problemlər yaranıb: “Bununla yanaşı ərazidə sürüşmə də qeydə alınmışdı. Çuxuryurd-Dədəgünəş yolu açılıb. Fövqəladə Hallar və Müdafiə Nazirliyinin müvafiq qurumları yolun açılması və ərazidə suyun çəkilməsi istiqamətində iş aparır. Gölün səviyyəsi aşağı salınır”.

Ə.Qaralov gələcəkdə bu halın təkrar edilməməsi üçün qabaqlayıcı tədbirlər görülür: “Suyun səviyyəsinin qalxma səbəbi gölə daxil olan suyun artması, əvəzində isə kənara çıxışın olmaması idi. Ona görə də evlərə müəyyən təhlükə yaradırdı. Gələcəkdə gölün idarə edilməsi üçün müəyyən tədbirlər görüləcək. Gölə daxil olan su müəyyən bir istiqamətdə axıdılacaq”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/174759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR