Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə daha bir HDP-li millət vəkili həbs olundu

Türkiyədə daha bir HDP-li millət vəkili həbs olundu

Date: 4 November 2016 16:42

Türkiyədə polis tərəfindən saxlanılmış müxalifətdən olan millət vəkillərindən daha biri məhkəmə qərarı ilə həbs edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Xalqların Demokratik Partiyasının (HDP) üzvü İdris Balukəndir.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Diyarbəkir prokurorluğunun təlimatı ilə HDP-nin 12 millət vəkili, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş Fiken Yüksəkdağ saxlanılmışdılar. Prokurorluq S.Dəmirtaşın həbs olunması ilə bağlı məhkəməyə müraciət edib.

Milli.Az


Tags:  Türkiyədə HDP-li millət vəkili həbs olundu

RƏYLƏR


Top news