Dilarə Rüstəmzadə: “Dünya nəhəngləri ilə rəqabət aparmaq qürurvericidir”

​“Azscore”-də PUL MÜKAFATI (29 May 2017 15:35)
Həbsdəki NİDA-çı Müalicə Müəssisinə köçürülüb (16 May 2017 14:59)

Azərbaycan dünyaya müxtəlif vasitələrlə inteqrasiya olunur. Bu mənada böyük önəm kəsb edən sahələrdən biri də internetdir. Kiçik bir araşdırma nəticəsində Azərbaycanı qlobal miqyasda təmsil edən, milyonlarla istifadəçiyə xidmət göstərən yerli veb-layihənin varlığından xəbər tutduq.

Bugünkü müsahibim məhz elə həmin şirkətin - Azscore.com-un layihə meneceri Dilarə Rüstəmzadədir:

- Dilarə xanım, ilk növbədə şirkətin fəaliyyəti haqqında qısaca məlumat verərdiniz.

- Şirkət 2007-ci ildən livescores.biz adı altında fəaliyyət göstərməkdədir. Layihənin qlobal bazardakı uğurlu nəticələrini gördükdən sonra daha böyük hədəflərə çatmağın mümkün olduğunu anladıq və bu ilin iyun ayından etibarən rebrendinq işləri apararaq şirkətin adını azscore.com ilə əvəzləmək qərarına gəldik.  Azscore.com olaraq real vaxt rejimində futbol oyunlarının nəticələri - hesab, qırmızı və sarı vərəqə datası, qol haqqında avtomatlaşdırılmış detallar - barədə məlumatları istifadəçilərimizə çatdırırıq. Bununla yanaşı, dünənki, bugünkü, sabahkı, habelə təqvimdə istənilən tarix axtarışı üzrə futbol maçları haqqında məlumatları da təqdim edə bilirik. Qeyd edim ki, sistem hal-hazırda veb, tablet, mobil, eləcə də Android və İOS proqram təminatı şəklində futbolsevərlərin istifadəsinə buraxılıb.

- Rebrendinq zamanı niyə məhz “Azscore” adına üstünlük verdiniz?

- Bilirsiniz ki, ölkəmizin xaricdə təqdimatı istiqamətində böyük işlər görülür. Biz də öz növbəmizdə, elektron layihə olaraq Azərbaycanı tanıtmaq məqsədi ilə “Az” önlüyünü seçdik. Bundan başqa “Azscore” qlobal sferada “A-dan Z-yə bütün nəticələr kimi” də qəbul olunur.

- Fəaliyyətdə olduğunuz müddət ərzində hansı problemlərlə üzləşmisiniz?

- Biz startap olaraq işə başlamışıq. Əlbəttə ki, bu inkişaf yolunda etibarlı komanda üzvlərinin seçimində çətinliklərimiz olub. “Azscore” qlobal bazara birbaşa çıxışı olan və müəyyən bir gəlirə malik böyükmiqyaslı layihədir. Odur ki, komanda üzvlərinin potensialı bu kriteriyalara cavab verməlidir. Bununla yanaşı, sayta giriş sayı gündən-günə artdığına görə server problemləri ilə qarşılaşırdıq. Qeyd edim ki, artıq daha güclü serverlərə keçməklə çətinliyi aradan qaldırmışıq.

- Hazırda saytın istifadəçilərinin sayı nə qədərdir?

- Dünyanın ən etibarlı hesablayıcılarından sayılan “Google Analytics”in statistiki göstəricilərinə əsasən deyə bilərəm ki,  Azscore.com-a gündəlik 400-600 min arası ziyarətçi daxil olur.

- Bu qədər böyük istifadəçi kütləsi olmasına baxmayaraq, “Azscore” niyə ölkə daxilində az tanınır?

- Daha öncə də qeyd etdiyim kimi, “Azscore” qlobal bazara hədəflənmiş bir layihədir və bu səbəbdən istifadəçilərimizin demək olar ki, 99%-ini xarici ölkə vətəndaşları təşkil edir. Lakin rebrendinqdən sonra yerli bazara xidmət göstərməyi və futbolsevərlərimizin qarşısına daha güclü, daha etibarlı data ilə çıxmağı özümüzə məqsəd qoymuşuq.

- Azərbaycan bazarının kiçik olması, gəlir mənbələrinin məhdudluğu dünya bazarına yönəlməyinizdə əsas faktordurmu?

- Əlbəttə, bu amili inkar etmək olmaz. Lakin gəlir mənbələrinin az olması heç də ən əsas faktor deyil. Daha çox gəlir əldə etmək üçün daha çox təcrübəyə malik olmaq lazımdır. Bunun üçün də bizə yalnız dünya bazarının təcrübəsi – tələbat, yeniliklər, yaranan xətaların həlli yolları - kömək edə bilərdi. Artıq kifayət qədər praktikaya malik olduğumuzu deyə bilərik. Yalnız bundan sonra yeni gəlir mənbələrini araşdırmağa başladıq. Bu yolda yerli bazara giriş ilk hədəflərimizdən biridir.

- Livescore.com, Flashscore.com kimi nəhənglərlə mübarizə aparmaq çətin deyilmi? Ümumiyyətlə, bazarda rəqabəti necə tənzimləyirsiniz?

- Çətin yox, maraqlı deyərdim. Dünya nəhəngləri ilə rəqabət aparmaq qürurvericidir. İstifadəçi məmnuniyyəti bizim üçün həmişə prioritet məsələ olub. Bu səbəbdən də daim yeniliklər üzərində işləyirik. Həmçinin digərlərindən üstün olan tərəflərimiz var ki, onları ön plana çıxarmaqla rəqiblərimizi qabaqlamağa çalışırıq və deyim ki, bunun öhdəsindən layiqincə gəlirik.

- Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycanda idman mərc operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsi ilə bağlı fərman imzaladı. Aydın məsələdir ki, canlı futbol nəticələrini Azscore.com-dan öyrənmək istəyənlərin müəyyən hissəsini mərcsevərlər təşkil edir. Sizcə, bu addım saytın izləyici itirməsinə səbəb olacaqmı?

- Fikrimcə, çox yerində verilmiş qərardır. Ölkə ərazisində qanunsuz mərc oyunlarının qadağan olunmasını doğru addım hesab edirəm. Onsuz da yerli mərcsevərlərin böyük əksəriyyəti Azərbaycanın yeganə qanuni idman mərc oyunları operatoru olan “Topaz”a üstünlük verir. İstifadəçi sayına gəlincə, bunun bizim sayta təsir edəcəyini düşünmürəm.

- Son olaraq, gələcəklə bağlı planlarınıza nələr daxildir?

- Hazırda sistem demək olar ki, bütün platformalarda fəaliyyət göstərir. Lakin inkişaf sxemimizdə bir çox hədəf nöqtələrimiz var. Onlardan biri böyük həcmli məlumat bazası təqdim etməkdən ibarətdir. Belə olan halda, müştərilərimizin sayı artacaq. Təbii, bu, həm də tələb və iş həcminin artımı deməkdir. Qısası, daha böyük uğurlara imza atmaq üçün inadla və həvəslə fəaliyyətimizi davam etdiririk.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Arıqlamaq istəyənlər üçün

27 İyun 2017 12:50

Qəndab Quliyeva ilə vida mərasimi keçirilir

27 İyun 2017 12:49

Portuqaliya polisindən turistlərə qarşı vəhşilik - VİDEO

27 İyun 2017 12:47

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü

27 İyun 2017 12:45

İmişli sakini Arazda boğuldu

27 İyun 2017 12:44

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub (FOTO)

27 İyun 2017 12:43

Bərdədə sərxoş şəxs körpüdən yıxıldı

27 İyun 2017 12:43

Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb

27 İyun 2017 12:42

Sabirabadda faciə: təmir işi apararkən öldü

27 İyun 2017 12:39

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTOLAR

27 İyun 2017 12:38

Sabahın HAVAsı

27 İyun 2017 12:37

Bakıda qadının telefonunu oğurlayan şəxs saxlanılıb

27 İyun 2017 12:37

İradənin Ramazan süfrəsində rakı, yoxsa ayran? - Tənqid olunan FOTO

27 İyun 2017 12:37

Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub

27 İyun 2017 12:36

Arvad 30 illik ərini öldürdü - Qəribə səbəb - FOTO

27 İyun 2017 12:32

İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

27 İyun 2017 12:31

Çin-Hindistan sərhədində GƏRGİNLİK

27 İyun 2017 12:27

Sabah 38 dərəcə isti olacaq

27 İyun 2017 12:25

Temperatur 38 dərəcəyə çatacaq - SABAH

27 İyun 2017 12:24

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

27 İyun 2017 12:22

Sabah paytaxtda 34, bölgələrdə 38 dərəcə isti olacaq

27 İyun 2017 12:22

Azərbaycanlı müğənninin yediyi sosiskadan milçək çıxdı - FOTO

27 İyun 2017 12:22

Mourinyo atasının yas mərasimində - FOTO

27 İyun 2017 12:17

Ajda Pekkan 72 yaşında dodaqlarını böyütdü

27 İyun 2017 12:14

Model Leylanın ölümündə təqsirləndirilən həkimdən AÇIQLAMA: "Günahım yoxdur"

27 İyun 2017 12:12

Məşhur filmin treyleri yayımlandı: Baş rolda Nik Betmen

27 İyun 2017 12:08

Beyons və yeni doğulan əkizləri xəstəxanadan çıxdı

27 İyun 2017 12:05

Azərbaycan nefti bahalaşdı

27 İyun 2017 11:57

100 milyonluq transfer

27 İyun 2017 11:57

​Avropa Şurasından Türkiyə

27 İyun 2017 11:56

Qazaxıstan fitosanitar nəzarəti keçə bilməyən 80 tondan çox kartofu Azərbaycana qaytarıb

27 İyun 2017 11:52

"Mançester Siti"nin futbolçusu evləndi

27 İyun 2017 11:52

Xalq artisti ilə vida mərasimi keçirilir - FOTO

27 İyun 2017 11:49

Şimali Koreyadan qaçmaq istəyən qadını görün nə hala saldılar - VİDEO

27 İyun 2017 11:48

Türkiyədə kirayə sığortasının tətbiqinə başlanılıb

27 İyun 2017 11:47

"İnter" Serbiyaya getdi - FOTO

27 İyun 2017 11:47

Azərbaycan nefti bahalaşıb

27 İyun 2017 11:47

Dünyaca məşhur türk jurnalist ölən azərbaycanlı modeldən yazdı - FOTO

27 İyun 2017 11:47

"Zirə"nin rəqibi Əlcəzair millisinin üzvünü transfer etdi

27 İyun 2017 11:47

Tanınmış aparıcıya avtomobil hədiyyə etdilər

27 İyun 2017 11:45

Avtobusların hərəkətinə edilən dəyişiklik ləğv edildi

27 İyun 2017 11:42

Tələbələri daşıyan avtobus aşdı: 15 ölü

27 İyun 2017 11:38

80 tondan artıq istifadəyə yararsız Azərbaycan kartofu Qazaxıstandan geri qaytarıldı

27 İyun 2017 11:36

43 yaşlı kişi hamilə sevgilisini baltaladı - FOTO

27 İyun 2017 11:32

Bakıda avtobuslarla bağlı bu dəyişiklik

27 İyun 2017 11:30

“Qəbələ” “Reyncers”in futbolçusunu icarəyə götürür

27 İyun 2017 11:29

Kiyevdə partlayış olub: bir nəfər ölüb, iki nəfər yaralanıb

27 İyun 2017 11:27

"Jiru mənə şəxsən deyib ki, tələsmək istəmir"

27 İyun 2017 11:27

Bakıda müğənnin yediyi sosiskadan milçək çıxdı

27 İyun 2017 11:23

CNN Trampın Rusiya ilə əlaqələri haqqında məqalə yazan üç jurnalisti işdən azad edib

27 İyun 2017 11:22