Türkiyədə HDP həmsədrləri və millət vəkillərinin
həbsindən sonra Ankara, İstanbul və Antalyada etirazlar
başlayıb.
Publika.az xəbər verir ki, Ankarada polis qanunsuz etiraza
çıxanlara müdaxilə edib. Nəticədə, qarşıdurma yaranıb. Bis neçə
şəxs saxlanılıb.
İstanbulda həbslərə etiraz olaraq, HDP-nin 100-ə qədər tərəfdarı
küçəyə çıxıb. Polis toplaşanları dağıdıb. 3 nəfər saxlanılıb.
Eyni etirazlar Antalyada da olub. Polisin xəbərdarlığına
baxmayaraq, etirazçılar dağılışmayıblar. Daha sonra polis müdaxilə
edib, 5 nəfər saxlanılıb. Saxlanılanlardan biri HDP-nin əyalət
şöbəsinin rəhbəri İhsan Nərgizdir. Etiraz edənlər HDP-nin
qərargahına toplaşıblar. Polis əməkdaşları qərargahın ətrafında
təhlükəsizlik tədbirlərini artırıb.
Qeyd edək ki, dünən gecə keçirilən əməliyyat nəticəsində HDP-nin
həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksəkdağ da daxil olmaqla
11 millət vəkili terrora dəstək ittihamı ilə həbs olunub.
Baş verən hadisələr fonunda S.Dəmirtaşın millət vəkillərinin
toxunulmazlığının ləğvindən iki gün öncə - mayın 18-də dediyi
sözlər gündəmə gəlir.
Həmin vaxt İngiltərənin “Guardian” qəzetinə müsahibə verən Demirta.
Ərdoğanı təhdid etmişdi: “Ərdoğan məni həbsdən çıxarmaq üçün hər
şeyi edəcək. Bilirəm ki, həbsdə ikən daha təsirli olacağam. Ərdoğan
məni həbs etdirdiyinə peşman olacaq”.
Ehtimallara görə, Dəmirtaş hazırda üç böyük şəhərdə - Ankara,
İstanbul və Antalyada keçirilən etirazların siqnalını hələ beş ay
əvvəldən veribmiş. Etirazlar Türkiyədə xaos yaratmaq cəhdlərinin
bir parçası olaraq qiymətləndirilir.
Asif