"Atam pedofil olmayıb" - Maykl Ceksonun oğlu

"Atam pedofil olmayıb" - Maykl Ceksonun oğlu
17:06 4 Noyabr 2016
106 Şou
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli Maykl Ceksonun oğlu Peris atasının ölümündən sonra ilk dəfə müsahibə verib.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, prodüser və rejissor kimi çalışan 19 yaşlı Peris atası ilə bağlı xatirələrini bölüşüb. O deyib ki, uşaq olanda atasının nə qədər məşhur olduğunu anlamayıb.

"Biz həmişə konsertlərə gedəndə atamız üzümüzə maska taxardı və deyərdi ki, belə bizə sərbəst olmaq üçün daha yaxşı olacaq. Mən bunun nə demək olduğunu anlamırdım, o ana qədər ki, Disneylənddə bir dəfə topa şəklində insanlar mənə yaxınlaşdı və mənimlə şəkil çəkdirdi. Sonradan öyrəndim ki, onlar atamın fanatlarıdır və onlardan bəzilərinin atamı gördükdən sonra bayılması Maykl Ceksonun əslində insanların həyatında nə qədər mühüm yer tutmasını mənə sübut etdi", - deyə gənc bildirib.



"Mən də ruhən incəsənətə bağlı adamam. Oxuya və oynaya bilirəm. Amma atam mənim kim olmaq istədiyi soruşanda ona həmişə rejissor olacağımı deyirdim. Budur, indi rejissoram və artıq iki klip də çəkmişəm", - deyə Peris əlavə edib.

Məşhurun oğlu deyir ki, atasının ölümündən sonra onların ailəsinə ən çox pis təsir edən Maykl Ceksona pedofil damğasının vurulması olub. Peris iddia edir ki, atası pedofil olmayıb. 




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR