Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yol qəzalarında 15192 nəfər yaralanıb - STATİSTİKA

Yol qəzalarında 15192 nəfər yaralanıb - STATİSTİKA

Date: 4 November 2016 17:18

2016-cı ilin birinci yarısında Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş çağırışların sayı ümumilikdə 659 olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, hospitalizə edilənlərin sayı 12, yerində tibbi yardım alanların sayı 37 olub.

2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 15192 nəfər yol qəzasına düşmüş xəstələrə təcili yardım göstərilib. Bundan əlavə 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilib.

Məlumatda bildirilib ki, regionlarda səhiyyə xidməti yüksək səviyyədə təşkil edilib. Lakin zəruri hallarda regionlarda təcili təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslər ixtisaslı mütəxəssislər tərəfindən paytaxt Bakıya çatdırılır. Yerində keçirilən konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil olunur.


Tags:  Yol qəzalarında 15192 nəfər yaralanıb STATİSTİKA

RƏYLƏR


Top news