Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur generaldan MTN işi ilə bağlı AÇIQLAMA

Məşhur generaldan MTN işi ilə bağlı AÇIQLAMA

Date: 4 November 2016 17:32

Bir müddət bundan əvvəl bir sıra saytlarda MTN işi ilə bağlı həbs edilən daha sonra azadlığa çıxan Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidovun azadlığa çıxmasında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinovun köməklik etdiyi, Fətulla Seyidovun bu vasitə ilə azadlığa çıxdığı bildirilirdi. Yayılan məlumatda generalın yaxın qohumu kimi təqdim edilən Fətulla Seyidovun azadlığa çıxması üçün Həsən Şirinovun bir çox qrumlarla danışığa girdiyi bildirilirdi.

Milli.Az bildiri ki, yayılan məlumatla bağlı bizimyol.info Bakı Şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinovla əlaqə saxlayıb. O, məlumatın yalan olduğunu bildirib.

"Başa düşmədim bu məlumatlar haradan çıxır. Mən heç kim üçün xahiş etməmişəm, bu yalan, böhtan məlumatdır. Bu məsələlərin mənə nə aidiyyəti var. Belə məlumatlar mənə qarşı yalnış fikir oyadan, qarayaxma kampaniyasıdır".

Milli.Az


Tags:  Məşhur generaldan MTN işi bağlı AÇIQLAMA

RƏYLƏR


Top news