Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının IV iclasının vaxtı açıqlandı

İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının IV iclasının vaxtı açıqlandı

Date: 4 November 2016 17:37

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Koordinasiya Komissiyasının IV iclasının vaxtı dəqiqləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iclas noyabrın 8-də keçiriləcək.

İclasda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Maldoum və digər rəsmilər iştirak edəcəklər:

"Yığıncaq saat 09:00-da öz işinə başlayacaq. Burada İslamiadada iştirak edəcək idman növü və atletlərin sayı dəqiqləşəcək. Bununla yanaşı, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə olunacaq. Günün yekununda, saat 16:00-da KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək".

S.Məmmədova bildirib ki, iclasın ikinci günü isə marketinq, yayım, kommersiya, həmçinin açılış və bağlanış mərasimləri barədə fikir mübadiləsi aparılacaq.

Milli.Az


Tags:  İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının IV iclasının vaxtı açıqlandı

RƏYLƏR


Top news