Əfsanəvi "Bakı Payızı" yarışması yenidən yaradılır

Əfsanəvi "Bakı Payızı" yarışması yenidən yaradılır
17:42 4 Noyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Əfsanəvi "Bakı Payızı" yarışması yenidən yaradılır.

Milli.Az bildirir ki, bu yarış ölkəmizə bu cür istedadları bəxş edib: Aygün Kazımova, Faiq Ağayev, Abbas-Əhməd, Zaur Əmirxanov, və bir çox başqaları bu yarışmada iştirak ediblər. Yeni beynəlxalq formatda, yeni qaydalarla və kateqoriyalarla, eləcə də müxtəlif yaş qruplarında yarışmanı sizlərə təqdim edirik!

Bu informatsiya ilə bağlı - Azərbaycan Gənclər İttifaqının sədir müavini, həmçinin yarışmanın əsas təşkilatcısı Əziz Əzizov öz fikirlərini bizlərlə bölüşdü. 

"Əlbətdə ki, "Bakı Payızı" yarışması öz tarixinə malik bir yarışmadır. Belə bir yarışma sadəcə yerli ola bilməz. Buna görə də onun yeni formatı - beynəlxalqdır, xüsusilə belə müsabiqənin pilot versiyasınada artıq digər ölkələrin müraciətləri qəbul edilir. Bundan əlavə biz yeni nominasiyalar, yaş kateqoriyaları, yeni nizam-intizam qaydaları əlavə etmişik. Bu layihənin son illərində, 13 il əvvəl Yalçın Cabbarov tərəfindən keçirilmişdir, ifaçılardan başqa modelyer və dizaynerlər müsabiqədə olmuşdur. O yarışmada modelyerlər arasında gənc və istedadlı Gülnarə Xəlilova qalib gəlmişdir. Bu gün o, ölkəmizdə öz sahəsində liderlərdən biridir. Bu il biz bu laihənin pilot versiyasını keçirdirik, final konserti kimi, lakin 2017-ci ilin fevral ayından başlayaraq regionlarda və paytaxtda seçim turları keçiriləcək. Bundan başqa, "Bakı Payızı" elə adlı bir yarışmadır ki, sadəcə dostların, qohumların, valideyinlərin və.s tanışların səs verməsindən aslı ola bilməz! Burada ancaq mütəxəssislər mühakimə etməlidir! Yəqin ki, elə buna görə də bu layihə ölkəmizə 15-20-dən daha çox əməkdar, xalq artistləri bəxş edib! Buna görə də müsabiqənin digər yarışmalardan fərqi bundadır". 

İndi isə ətraflı: 

Janrlar və nominasiyalar: 
Müsabiqədə iştirak edə bilərlər. Kolektivlər və fərdi iştirakçılar. Heç bir yaş məhdudiyyəti yoxdur. 4- yaşdan başlayaraq hər kəs iştirak edə bilər: "Vokal", "İnstrumental Janırlar", "Xoreoqrafiya", "Moda Teatrı", "Teatr" , "Bədii İfadə" və.s.

. Vokal - Estrada mahnıları, xalq mahnıları, akademik vokal, xor. İştirakçılar bir-iki əsəri fonoqram minus yada ki, çanlı müşayiət altında 4- dəqiqədən artıq olmayaraq ifa edə bilərlər. 
Solistlər, duet ifaçıları və ansambllar üçün qiymətləndirmə meyarları: İntonasiyanın təmizliyi, səsin diapazonu, artistlik, və teatr mədəniyyəti, repertuarın seçimi, repertuara uyğun iştirakçının obrazı. Xor qrupları üçün qiymətləndirmə meyarları: Vokal və xor bacarıqları, xorun səslənmə keyfiyyəti. 

. İnstrumental Janr - Simli alətlər ( Skripka, violonçel, qitara, tar, kamança və.s ). Nəfəsli alətlər (truba, saksafon, fleyta, klarnet və.s). Xalq alətləri - bir əsərin ifa edilmə müddəti 4 - dəqiqəyə qədər olmalıdır. Qiymətləndirmə meyarları- repertuarın mürəkkəbliyi, səs dinamikasının yüksəkliyi, texniki azadlığın dərəcəsi, bədii və səhnə mədəniyyətinin dərəcəsi. 

. Xoreoqrafiya - Estrada rəqsi, müasir rəqs, milli rəqs, milli stilizə olunmuş rəqs, klasik rəqs . 4 - dəqiqəyə qədər hər bir yaş qrupu bir kateqoriyada bir mahnı rəqs edir.

Qiymətləndirmə meyarları: Repertuarın seçilməsi , performans, rəqsin kompozitsiyası, kostyumlar və rekvizit. 

. Moda Teatr - Bir bədii konsepsiya əsasında teart kostyumlarının göstərişi, bir rəssamın fikirləri əsasında yaradılmış, bir neçə incəsənət istiqamətlərinin sintezi, incəsənət obrazlarının yaradılması istiqamətində yönləndirilməsi, şou ( moda ), musiqi, dizayn və xoreoqrafiya vasitəsilə bədii obrazları yaratmaq üçün nəzərdə tutmuşdur. İştirakçılar bir-iki kompozitsiya təqdim edirlər. Hər bir kompozisiya 4 dəqiqəyə kimi göstərilməlidir.

Qiymətləndirmə meyarları - obrazların uyğunluğu və rejissorun qərarı ilə qiymətləndirilir. 

. Teatr - Hər hansı bir tamaşanın bir parçasını 10- dəqiqə ərzində göstərmək lazımdır.

Qiymətləndirmə meyarları- repertuar seçimi, rejissorun qərarı, tamaşanı göstərmə peşəkarlığı. 

. Bədii İfadə - 1-2 əsərin 4 - dəqiqəyə qədər vaxt müddətində ifadə olunması. Qiymətləndirmə meyarı - repertuar seçimi, rejissorun qərarı, ifadə baçarıqları. 

. Modelyer - Dizayner . 
Bədii teatr və gündəlik geyim-paltarların yaradılmasına qiymət verilir. 

Müsabiqənin şərtləri: 

Formalar - solistlər, duet ifaçıları, ansambllar və orkestrlər. Hər yaş kateqoriyası üçün və hər nominasiya üçün ayrı-ayrılıqda qiymətləndirirlər. Yaş kateqoriyaları - 3-6 yaş, 7-10 yaş, 11-15 yaş, 16-25 yaş, 25-dən yuxarı. Ansamblda yaş kateqoriyası iştirakçıların əksəriyyətinin yaşına uyğun müəyyən edilir. Qarışıq qruplara kollektivlər aid edilir, hansılarda ki 3 və ya daha çox yaş kateqoriyasına aid iştirakçılar var.
* Texniki tələblər - fonoqramma USB, ya da flaşkaya yazılmalıdır. Hansında ki yalnız yarışmada istifadə olunacaq mahnı olmalıdır. Müsabiqədə istifadə olunmayan məlumatı USB və ya flaşka ilə ötürmək qadağandır. İcazə verilən format: MP3 audio musiqinin keyfiyəti 320kb/s. Hər yazının tərkibində bu informatsiyalar olmalıdır: Ansamblın adı və ya iştirakçının adı və soyadı, əsərin adı, təmsil elədikləri şəhər və ya ölkə.

Münsiflər heyəti: 
Münsiflər heyətində yüksək ixtisaslı mütəxəssislərdir. Azərbaycan mədəniyyətinin və incəsənətinin əməkdar işçilərindən ibarətdir. Təşkilat komitəsinin münsiflər heyətinin verdiyi qiymətləndirməyə heç bir aidiyyəti yoxdur. Münsiflər heyətinin qərarları qətidir və müzakirə olunmur! 

Mükafatlandırma:
Grand Prix qalibi hər bir nominasiyada müəyyən edilir. İştirakçılara, həmçinin laureat diplomları verilir. Hər nominasiyaya və hər yaş kateqoriyasına uyğun. Münsiflər heyəti 2-3 və ya daha artıq Grand Prix və ya digər nominasiyalar vermək ixtiyarındadırlar. Qala konsert proqramı münsiflər heyətinin və bədii münsiflər tərəfindən tövsiyə olunan nömrələr formalaşdırır. 

Bəyanat: 
Konkursda iştirak eləmək üçün siz noyabrın 21-dək ərizələri doldurub dance-az@mail.ru meil ünvanına göndərmək lazımdır. 

Maliyyə şərtləri: 
Qeydiyatdan keçmək üçün 1 nəfərə görə ( xoreoqrafiya ) solo ifada 10 $ ( duet 5 $, qruplar 5 $ )
Mahnı kateqoriyasında ( solo 20 $, duet 10 $, qruplar 10$) . İştirak eləmək üçün qeydiyatdan keçmək lazımdır.

Əlavə məlumat: 
Rəhbərlər və ya valideyinlər iştirakçıların ərizələrini təqdim etdikdə konkursun şərtlərini qəbul edirlər. Təşkilatı komitə konkursun şərtlərini pozan iştirakçıların konkursdan kənarlaşdırmaq ixtiyarına malikdir. Foto və video materiallar konkursun keçirilmə ideyası, atributlar, loqotiplər təşkilati komitəyə aiddir. Başqa komitələr tərəfindən istifadə olunması qadağandır.

Təşkilatcı: Azərbaycan Gənclər İttifaqı

Təşkilatı dəstək: Azərbaycan Rəqs Assosiyasiyası, Azərbaycan Cherlidinq Birliyi, Beynəlxalq Rəqs və İncəsənət Federasiyası.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR