SOS: Azərbaycanda "duzlu" TƏHLÜKƏ

SOS: Azərbaycanda "duzlu" TƏHLÜKƏ
17:52 4 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda satılan duzun əksər hissəsi insan sağlamlığı üçün təhlükəlidir.

Milli.Az bildirir ki, bu haqda modern.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Sədr bununla bağlı hələ uzun müddət əvvəl problem olduğunu xatırladıb:
 
"2001-ci ilə qədər əhalinin çox hissəsi yod çatışmazlığı xəstəliyindən əziyyət çəkib. Bu xüsusilə ölü uşaqların doğulmasına, qısaboyluluğa, immunitetin aşağı düşməsinə, lal-karlılığa, o cümlədən zob xəstəliyinin meydana gəlməsinə səbəb olan amil idi. Təəssüf ki, Azərbaycanın Zaqatala, Balakən bölgələrində bununla bağlı problemlər indi də qalmaqdadır. Müstəqillik illərində məlum oldu ki, yod çatışmazlığı artıq Bakını da bürüyüb və 75 faiz əhali yod çatışmazlığından əziyyət çəkir. 2001-ci ildə ölkədə yodla bağlı xəstəlikləri kökündən həll etmək üçün "Duzun yodlaşdırılması haqqında" qanun qəbul olundu. Qanun 8.3-cü maddəsinə görə ölkədə yodsuz duz istehsalı, satışı, idxalı, hətta heyvanlara yem məqsədilə verilməsi qadağan olundu". 
 
10 milyonluq zavod da duz problemini həll etmədi
 
E.Hüseyov deyib ki, o dövrdə duzlar zərərli maddələrdən təmizlənmədən istehlakçılara təklif edilirdi:
 
"Nə qədər ki, Masazır gölü və Bakı ətrafındakı digər 6 göl var idi, onlar qablaşdırılaraq bazara çıxarılırdı. 40-a qədər duz istehsalı müəssisəsi var idi. Nə qədər təbliğat aparılsa da, xaricdən yodlu duz gətirilsə də, Masazır gölünün varlığı bu problemin həllinə imkan vermirdi. Azad İstehlakçılar Birliyi bu məsələ ilə bağlı çox ciddi, radikal mövqe tutdu. Biz hökumət və biznes qurumları qarşısında Masazır gölünün ya su ilə, ya da torpaqla doldurulması, ya da istismar olunması məsələsini qaldırdıq. Çox yaxşıdır ki, hökumət Masazır gölünün istismar olunması məsələsini diqqətə aldı. Artıq 2013-cü ildə göl istismar olunduqdan sonra dəyəri 10 milyon dollar olan ən müasir zavod tikildi. Masazır gölünə axıdılan çirkab sularının qarşısı alındı, haradan gəldi, necə gəldi duz yığılması məsələsi həll olundu. Bu cəmiyyət üçün çox böyük sosial, ekoloji, tibbi, biznes proyekt oldu".
 
Dövlət qurumları izləyici mövqeyindədir... 
 
Hüquq müdafiəçisi təəssüflə qeyd edib ki, zavodun tikilməsi duz problemini kökündən həll edə bilməyib:
"Biz də düşündük ki, artıq problem həll olunub. Zavod tikilib istifadəyə veriləndən sonra 2012, 2014, 2015-ci illlərdə monitorinqlər apardıq və gördük ki, bazarda hələ də satışı qadağan olunan yodsuz duzlar var. Belə duzların böyük bir hissəsi Ukraynadan gətirilən "Artyom sol" duzlarının mal nişanı ilə buraxılır. Bu yodlaşdırılmış duzdur, amma eynən ona oxşar duz Abşeron rayonun ərazisində buraxılır. Biz dəfələrlə Daxili İşlər Nazirliyinə, o cümlədən Abşeron rayon polis şöbəsinə müraciət etsək də, nəticə olmadı. Bu işi həyata keçirən Sərvər adlı şəxsdir. Dövlət orqanları satışı qadağan edilmiş malın bazardan çıxarılmasına nədənsə maraq göstərmir. Bu barədə Səhiyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə etdiyimiz müraciətlər cavabsız qalıb".
 
"Abşeronda yola səpilmək üçün nəzərdə tutulan, çirkab suları axıdılan duzu əhaliyə satırlar"
 
E.Hüseynov deyib ki, yola səpilmək üçün nəzərdə tutulan duz qablaşdıırlaraq əhaliyə satılır:
"Bu günki gündə yola səpilmək üçün nəzərdə tutulmuş duzlar, eyni zamanda dəniz duzları, çirkab sularının axıdıldığı ərazilərdən yığılaraq, qablaşdırılaraq əhaliyə satılır. Bu azmış kimi idxalı qadağan olunmuş 4 növə qədər duz Rusiyadan Azərbaycana gətirilir. Bunlardan "Morskoy sol" adı altında kiloqramı 10 manata qədər satılan duzlar da var.
 
Dünən mənə məlumat daxil olub ki, Tovuz və Şəmkir zonasında "Artyom sol"un saxta mal nişanı altında duz satılır. İstehsal mənbəyi yenə də Abşeron rayonudur. Abşeron rayonun rəsmiləri - istər icra hakimiyyəti, istərsə də güc strukturları, sanitariya orqanları dövlətin qanununun yerinə yetirilməsində biganədirlər. Hamısı "sahibkara toxunmaq olmaz" adı altında zəhərli məhsulların əhaliyə sırınmasına göz yumur, sanki bununla dəstək nümayiş etdirirlər. Bununla bağlı 10 gün əvvəl Tovuz rayon polis idarəsinə də müraciət etmişəm.
Çünki, bu duzlar yodsuz olmaqla yanaşı, həm də ağır metallardan təmizlənməmiş, sağlamlığa zərərli şəkildə əhaliyə satılır. Çox təəssüf ki, ölkə başçısının sahibkarlar üçün yaratdığı şəraitdən əksəriyyət sui-istifadə edir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avtomobilinə bu elanı yazanlar CƏRİMƏLƏNƏCƏK: 50-2000 manat

21 Avqust 2017 16:03

Təbrizdə Zeynəb Paşaya həsr olunan tamaşa nümayiş etdiriləcək

21 Avqust 2017 15:57

FHN Gürcüstana helikopter göndərdi - MEŞƏ YANĞINLARINA

21 Avqust 2017 15:54

“Ətrafımda olanları görmürəm” – Nigar Camaldan sevgi etirafı

21 Avqust 2017 15:53

“Səbail” klubu Emin Cəfərquliyevlə yollarını ayırıb

21 Avqust 2017 15:52

Nadir Qafarzadə: "Erməni düşmənim deyil və...

21 Avqust 2017 15:47

Rusiya səfirliyinin avtomobili qəzaya düşdü

21 Avqust 2017 15:43

Günəş tutulması ABŞ şirkətlərinə 694 mln. dollara başa gələcək

21 Avqust 2017 15:42

Rəqqasə Aytən küsülü olduğu həmkarı barədə: "Onun ritmi çatışmır"

21 Avqust 2017 15:39

Ağ-qara xananın piyadaları

21 Avqust 2017 15:37

“Microsoft” danışığın tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb

21 Avqust 2017 15:35

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

21 Avqust 2017 15:35

Azərbaycanlı 2 milyon dollarlıq qaçaqmalla saxlanıldı - Qazaxıstanda

21 Avqust 2017 15:34

“Rabitə işi”ndə məhkum olunanlar bəraət istəyir

21 Avqust 2017 15:33

Avtobusda qulaqlarımıza "təcavüz" edən mahnılar

21 Avqust 2017 15:29

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

21 Avqust 2017 15:27

Zəvvarlar bu tarixdə yola düşəcək

21 Avqust 2017 15:23

Xəzərdə batan şəxsin meyiti tapıldı

21 Avqust 2017 15:19

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi

21 Avqust 2017 15:18

Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Avqust 2017 15:17

"Rabitə işi"ndə təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib

21 Avqust 2017 15:17

Bu ilin 7 ayında Azərbaycanda 35,8 min nəfərdən çox şəxs işlə təmin edilib

21 Avqust 2017 15:17

İlham Əliyev Vilyam Hacıyevi ordenlə təltif etdi

21 Avqust 2017 15:16

Daha bir icra başçısı orden aldı - SƏRƏNCAM

21 Avqust 2017 15:14

Ev heyvanını küçəyə atan 1 il həbs olunacaq - Xüsusi qurum yaradılır

21 Avqust 2017 15:13

Metbuat.az-ın məşhur qonağı Elariz Məmmədoğlu

21 Avqust 2017 15:10

Qazaxıstan sərhədçiləri azərbaycanlıya məxsus 2 milyonluq qaçaqmal tutdu

21 Avqust 2017 15:08

Həştərxan vilayətinin nümayəndə heyəti yaxın vaxtlarda Azərbaycana səfər edəcək

21 Avqust 2017 15:07

“Ölü”nün qıdığı gəlməz...

21 Avqust 2017 15:07

BMT rəsmisi: “Kişilərin sayının çoxalması kriminogen durumun daha da ağırlaşması ilə nəticələnir”

21 Avqust 2017 15:02

Sumqayıtda dövlət idarəsindən oğurluq edilib

21 Avqust 2017 14:59

İsmayıllıda sürücü piyadanı vurub öldürdü

21 Avqust 2017 14:57

"Ovsun yoxdu" deyənlər üçün: Bir dəfə baxın, Luşpin sizi başqa dünyaya aparacaq - FOTOLAR

21 Avqust 2017 14:53

“Üç nöqtə”də günahlarını yada salan Murad Arif: “Bu, kişinin acizliyidir”

21 Avqust 2017 14:48

Azərbaycan: Doğuşda kişilər də iştirak edəcək

21 Avqust 2017 14:44

Türkiyə və İran terror təşkilatına qarşı BİRLƏŞDİ

21 Avqust 2017 14:43

“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb

21 Avqust 2017 14:35

ABŞ Rusiya vətəndaşlarına viza məhdudiyyəti qoydu

21 Avqust 2017 14:34

Azərbaycanda şairlərin növbəti QALMAQALI: “Arvad hesabına çörək yeyən...” - FOTOLAR

21 Avqust 2017 14:33

Rəqsanənin qızı, açıq-saçıq geyim, şıdırğı rəqs...

21 Avqust 2017 14:33

Azərbaycan pavilyonu "EXPO-2017"-də TOP-5-ə daxil olub

21 Avqust 2017 14:32

Uşaqlarınıza ayaqqabı alarkən bunlara DİQQƏT EDİN - FRANSIZ PEDİATRDAN XƏBƏRDARLIQ

21 Avqust 2017 14:28

BAKI: Dilənçilik edən 11 nəfər saxlanılıb

21 Avqust 2017 14:25

ABŞ Rusiyada qeyri-immiqrasiya vizalarının verilməsini dayandırır

21 Avqust 2017 14:22

Azərbaycanda 60 minə yaxın insan Prezident təqaüdü alır

21 Avqust 2017 14:22

Azərbaycanlı rejissor Elzanı təhqir etdi – FOTOFAKT

21 Avqust 2017 14:18

Göbələk şorbasının hazırlanması

21 Avqust 2017 14:17

Müğənni Xatirə HƏBS EDİLDİ - SON DƏQİQƏ

21 Avqust 2017 14:13

Dövlət idarəsindən oğurluq edən şəxs tutulub

21 Avqust 2017 14:10

Azərbaycanda quduzluğa qarşı yeni sənəd hazırlanır

21 Avqust 2017 14:09