Amerikalı idmançının döyüşdən imtina etdiyi azərbaycanlı

Amerikalı idmançının döyüşdən imtina etdiyi azərbaycanlı
18:05 4 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan bayrağını dalğalandırmaqdan qürur duyuram.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri İtaliyanın Karrar şəhərində qələbə qazanan Azərbaycan Kikboksinq Federasiyasının üzvü, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və 12 may klubunun idmançısı dünya çempionu Elnur Həmidov bildirib:

"Çempionatda təcrübəli idmançılar üstünlük təşkil edirdi. Döyüşlərim gərgin keçdi. Üç döyüş keçirməli idim. Birinci döyüşdə amerikalı idmançı rinqə çıxmaqdan imtina etdi. Belə olan halda birinci döyüşün nəticəsi mənim xeyrimə oldu. Yarımfinalı naqdaundla bitiridim, finalda isə rəqibim ispan döyüşçüsü idi. Rəqibimi 15 saniyəyə nokautla məğlub edərək, qələbə qazandım. Qələbəm yarışın ən yaxşı nokautu seçildi. Qarşıda hədəflərim böyükdür. Uğurlarımda mənə öz dəstəklərini əsirgəməyən AKF-nin prezidenti, millət vəkili Adil Əliyevə, federasiyanın vitse-prezident Səbuhi Rəcəbə, müəllimim, tanınmış məşqçi Hakim Hacıyevə və federasiya rəsmilərinə öz təşəkkürümü bildirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR