Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda çıxış etmiş futbolçu PAOK-un məğlubiyyətini şərh etdi

Azərbaycanda çıxış etmiş futbolçu PAOK-un məğlubiyyətini şərh etdi

Date: 4 November 2016 18:12

Yunanıstan PAOK-unun futbolçusu Fakundo Pereyra Avropa Liqasının IV tur matçında "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edib.

Milli.Az report-a istinadən bildirir ki, argentinalı hücumçu ev oyununda xal qazana bilməmələrindən sonra növbəti mərhələ şanslarının çox çətinləşdiyini bildirib. İkinci hissədə oyuna daxil olan Pereyra deyib ki, az və ya çox oynamasına rəğmən, fakt ortalıqdadır.

O, İtaliya "Fiorentina"sı ilə səfər, Çexiya "Slovan"ı ilə ev oyunlarında üst-üstə 6 xal qazanmaq lazım gələcək: "Əsas məsələ odur ki, "Qarabağ"la görüşdə 3 xal qazana bilmədik. Xüsusən, ev oyunumuzda. Çətin vəziyyət yarandı. Çox sıx oynayan komandaya qarşı çıxış etdik. Rəqib bizimlə hər iki oyundan qalib ayrıldı. İndi 6 xal üçün vuruşmalıyıq. Ümidvarıq ki, rəqiblərimiz bir-biri ilə görüşdə xal itirəcək və bu da bizə kömək edəcək".

Qeyd edək ki, Fakundo Pereyra ötən mövsümün ilk yarısında icarə əsasında "Qəbələ"də çıxış edib. O, "Qarabağ"la Salonikidəki ev oyununda meydana 61-ci dəqiqədə daxil olub.

Milli.Az


Tags:  Azərbaycanda çıxış etmiş futbolçu PAOK-un məğlubiyyətini şərh etdi

RƏYLƏR


Top news