Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyə-Rusiya müharibəsini başladacaq plan DE-ŞİFRƏ OLDU

Türkiyə-Rusiya müharibəsini başladacaq plan DE-ŞİFRƏ OLDU

Tarix: 4 Noyabr 2016 18:23

Türkiyəyə Rusiya istehsalı olan RPG-29 minaatan və 3 raket keçirən şəxs saxlanılıb.

Publika.az
xəbər verir ki, bu ilin mart ayında Adanada polislər tərəfindən saxlanılan avtomobildə rus istehsalı minaatan və digər silah-sursat tapılıb. Avtomobildə olan iki qadın və bir kişi saxlanılıb. Aparılan araşdırmalar nəticəsində daha 11 nəfər həbs olunub.

Polis əməkdaşları minaatanların üzərində tapdığı barmaq izlərinin Suriyada YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) üzvü Abdulhamit Ahmet Hasekiyə məxsus olduğunu aşkarlayıb. Uzun müddət aparılan axtarışlardan sonra, Adanaya anasını ziyarət etmək üçün gələn Ahmet Haseki həbs olunub.

Məlumatlara görə, rus istehsalı silahların Türkiyəyə keçirilməsində məqsəd bu silahlar vasitəsilə hücumlar təşkil etmək və Ankara-Moskva münasibətlərini gərginləşdirmək olub.

Qeyd edək ki, Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin vurulmasından sonra iki ölkənin münasibətləri müharibə həddinə çatmışdı. Lakin avqust ayında 9 aylıq gərginlikdən sonra tərəflər masa ətrafına əyləşərək, dost münasibətləri yenidən bərpa edib.

Asif


Teqlər:  Türkiyə-Rusiya müharibəsini başladacaq plan DE-ŞİFRƏ OLDU



RƏYLƏR


Top xəbərlər