Ağcabədidə partlamamış hərbi sursatlar tapıldı

Ağcabədidə partlamamış hərbi sursatlar tapıldı
18:27 4 Noyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədidə 2 ədəd partlamamış hərbi sursat taplıb.

Milli.A bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumatda bildirilir ki, Ağcabədinin Muğanlı kəndində boş sahədə 2 ədəd partlamamış hərbi sursat (70 mm-lik tank əleyhinə raket (PQ-7 VM) və F-1 əl qumbarası)) aşkar edilərək götürülüb, nəticə etibarilə 4 000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 04 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 950 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR