Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vəfa Zeynalovanın evi - "Tezdən oyan"da

Vəfa Zeynalovanın evi -  "Tezdən oyan"da

Date: 4 November 2016 18:36

“Lider” telekanalında yayımlanan “Tezdən oyan” verilişinin şənbə günü efirə gedəcək buraxılışında bir-birindən maraqlı sujetlər yayımlanacaq.

Axşam.az-ın məlumatına görə, əməkdar artist Vəfa Zeynalova evini nümayiş etdirəcək. Dünya çempionu Rafael Ağayev qələbə sevincini bölüşəcək.

Meyxanaçı Vüqar yeniliklərindən söz açacaq. Əməkdar artist Gülbahar Şükürlü və Elza Seyidcahan haqqında yayılan xəbərlərə aydınlıq gətirəcək. Aparıcı Hacı Nuran və müğənni Ayaz Qasımov “Tezdən oyan”ın tanınmış qonaqları sırasında yer alacaq. 

Aparıcılığını Könül Muxtarova və Elçin İmanovun etdiyi verilişin sözügedən buraxılışı sabah saat 09:00-da efirə gedəcək.


Tags:  Vəfa Zeynalovanın evi Tezdən oyanda

RƏYLƏR


Top news