Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qardaşını öldürən Neftçala sakininin işi üzrə apellyasiya protesti təmin edilmədi

Qardaşını öldürən Neftçala sakininin işi üzrə apellyasiya protesti təmin edilmədi

Date: 4 November 2016 18:37

Şirvan Apellyasiya Məhkəməsində qardaşını qətlə yetirən şəxs barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi  apellyasiya protestinə baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Şirvan apellyasiya məhkəməsində hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Neftçala rayonu Mirqurbanlı kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Dadaş Cəfər oğlu barəsində olan hökmdən dövlət ittihamçısının (Aydın Əliyev) verdiyi apellyasiya protesti təmin edilməyib.
 
Dövlət ittihamçısı məhkumun cəzasının ağırlaşdırılmasını istəsə də, birinci instansiya məhkəməsinin verdiyi hökm qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, bu ilin aprel ayının 19-da Neftçala rayonu Mirqurbanlı kənd sakini, 26 yaşlı Əliyev Dadaş Cəfər oğlu ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı, 1994-cü il Əliyev Fərid Cəfər oğlunu odlu silahla qətlə yetirib.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsi D. Əliyevi qətldə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az


Tags:  Qardaşını öldürən Neftçala sakininin işi üzrə apellyasiya protesti təmin edilmədi

RƏYLƏR


Top news