FIFA "23-lüy"ü açıqladı

FIFA "23-lüy"ü açıqladı
18:37 4 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

FİFA 2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, baş məşqçilər, kapitanlar, jurnalistlər və azarkeşlər arasında sorğu ilə ilin ən yaxşısını müəyyənləşdirəcək qurum 23 iddiaçını təqdim edib.

 

Bunlar Serxio Aquero (Mançester Siti), Qaret Beyl (Real), Canluici Buffon (Yuentus), Kevin de Bruine (Mançester Siti), Antuan Qrizmann (Atletiko), Zlatan İbrahimoviç (Mançester Yunayted), Andres İnyesta (Barselona), Kante Nqolo (Çelsi), Toni Kroos (Real), Robert Levandovski (Bavariya), Riyad Marez  (Lester), Lionel Messi (Barselona), Luka Modriç (Real), Manuel Noyer (Bavariya), Neymar (Barselona), Məsut Özil (Arsenal), Dimitri Payet (Vest Hem), Pol Poqba (Mançester Yunayted), Serxio Ramos (Real), Kriştianu Ronaldu (Real), Aleksis Sançes (Arsenal), Luis Suares (Barselona) və Ceymi Vardidir (Lester).

 

Qeyd edək ki, 2016-cı ilin ən yaxşılarının adları 2017-ci il yanvarın 9-da açıqlanacaq.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-quot23-luyquotu-acqlad-t53913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR