Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məscidin tikintisinə etiraz etdiyinə görə 15 nəfər saxlanıldı

Məscidin tikintisinə etiraz etdiyinə görə 15 nəfər saxlanıldı

Date: 4 November 2016 18:57

Yunanıstan polisi bu gün Afinada məscidin tikilməsinə etiraz aksiyasında iştirak edənlərdən 15 nəfəri saxlayıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Assoşieyted Press" agentliyi məlumat yayıb. 

Məscidin tikiləcəyi yerdə etriaz aksiyaları hələ iki həftə öncə başlayıb və bu günün səhərinə qədər davam edirdi. Bu gün aksiyanın keçirildiyi yerdə iştirakçıları həbs etmək üçün çevik reaksiya dəstəsi gəlib. 

Agentliyin məlumatına görə, saxlanılan şəxslər prokurorun ofisinə gətiriləcəklər, onlar ictimai asayişi pozmaqda ittiham edilə bilərlər. 

Cari ilin avqustunda Yunanıstan Afinada məscidin tikilməsini təsdiqləyib. Layihənin dəyəri 950 min avrodur. Ultra sağ yunan partiyası "Qızıl üfüq" parlamentin qərarına qarşı çıxaraq etiraz aksiyalarının keçirilməsini dəstəkləyib. 

Milli.Az


Tags:  Məscidin tikintisinə etiraz etdiyinə 15 nəfər saxlanıldı

RƏYLƏR


Top news