FİFA 23 ən yaxşı futbolçunun adını açıqladı

FİFA 23 ən yaxşı futbolçunun adını açıqladı
19:19 4 Noyabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

FİFA 2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “France Football”la əməkdaşlığa son qoyduqdan sonra yenidən baş məşqçilər, kapitanlar, jurnalistlər və azarkeşlər arasında sorğu ilə ilin ən yaxşısını müəyyənləşdirəcək qurum 23 iddiaçını müəyyənləşdirib.

 

Ən yaxşı kişi futbolçu adına Serxio Aquero (Mançester Siti), Qaret Beyl (Real), Canluici Buffon (Yuentus), Kevin de Bruine (Mançester Siti), Antuan Qrizmann (Atletiko), Zlatan İbrahimoviç (Mançester Yunayted), Andres İnyesta (Barselona), Kante Nqolo (Çelsi), Toni Kroos (Real), Robert Levandovski (Bavariya), Riyad Marez  (Lester), Lionel Messi (Barselona), Luka Modriç (Real), Manuel Noyer (Bavariya), Neymar (Barselona), Məsut Özil (Arsenal), Dimitri Payet (Vest Hem), Pol Poqba (Mançester Yunayted), Serxio Ramos (Real), Kriştianu Ronaldu (Real), Aleksis Sançes (Arsenal), Luis Suares (Barselona), Ceymi Vardi (Lester) iddia edəcək.

 

Qeyd edək ki, 2016-cı ilin ən yaxşılarının adları 2017-ci il yanvarın 9-da açıqlanacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR