Tibb Universitetinin işçisinin evindən 48 min dollar oğurlandı

Tibb Universitetinin işçisinin evindən 48 min dollar oğurlandı
19:37 4 Noyabr 2016
233 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, cinayət hadisəsi rayonun N.Tusi küçəsi, ev 14, mənzil 86-da qeydə alınıb. Mənzilə daxil naməlum şəxslər 60 yaşlı Xuraman Hacıyevaya məxsus evi gecə saatlarında yarıblar. Oğrular Xuraman Hacıyevanın nə az-nə də çox, düz 48 min ABŞ dolları, 900 avro və təxminən 25 min manat dəyərində qızıl-zinət əşyaları aparılıb. Qonşuların verdiyi məlumata görə, oğrular mənzilin qapısının kilidini sındıraraq içəri daxil olublar.

Hadisədən xəbər tutan zərərçəkən Xətai Rayon Polis İdarəsinə məlumat verib. Mənzilə baxış keçirən kriminal ekspertler hadisə yerindən barmaq izləri götürüblər. Mənzilindən oğurluq edilən Xuraman Məcid qızı Hacıyeva Azərbaycan Tibb Universitetinin kitabxanasının əməkdaşıdır.

Qeyd edək ki, Xuraman Hacıyeva artıq 27 ildir ki, Tibb Universitetinin kitabxanasında işləyir. Xətai Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisəni törədən şəxslərin tutularaq, istintaqa təhvil verilməsi istiqamətində iş aparırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR