Gəncədə 62 yaşlı qadını avtomobil vurub

Gəncədə 62 yaşlı qadını avtomobil vurub
19:39 4 Noyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1954-cü il təvəllüdlü Mariya Qayıbova sol ayağın sınığı və bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. M.Qayıbovanın sözlərinə görə, onu 11 saylı orta məktəbin yaxınlığında avtomobil vurub.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR