"Avropada Azərbaycan futbolu müzakirələrə səbəb olub"

"Avropada Azərbaycan futbolu müzakirələrə səbəb olub"
19:52 4 Noyabr 2016
125 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki noyabrın 11-də səfərdə Şimali İrlandiya yığması ilə keçirəcəkləri oyun öncəsi socar.az-ın suallarını cavablandırıb. 

Milli.Az xəbər verir ki, məlumatına görə, xorvatiyalı mütəxəssis rəqibi güclü komanda kimi dəyərləndirib.

O bildirib ki, şimali irlandiyalı futbolçuların çoxu İngiltərənin müxtəlif klublarında oynayır. Bununla belə, R.Prosineçki sonadək mübarizə aparacaqlarını söyləyib: "Vaxt baxımından bütün yığmalarda hazırlıqla bağlı problemlər olur. Buna avrokubok matçları da təsir edir. Son nəticələrə görə, hər bir klubda oynayan futbolçu milliyə gəlmək, millidə oynayan futbolçular isə qalmaq istəyir. Şimali İrlandiya güclü komandadır. Futbolçuları İngiltərənin müxtəlif klublarında oynayırlar. Futbolda əsas məqsəd hər dəfə daha gözəl oyun nümayiş etdirməkdir. Uzunmüddətli məqsəd çempionatın final mərhələsinə vəsiqə qazanmaqdır. Favorit Almaniyadır, lakin biz də şans uğrunda sona kimi vuruşacağıq. Hazırda ilkin mərhələdə olsaq da, hələ məğlub olmamışıq".

Təcrübəli mütəxəssis yığmanın son uğurlarını isə belə əsaslandırıb: "Bu komanda təkcə son üç oyundan yox, ondan öncə də Norveçlə səfər oyunundan Bakıya yaxşı nəticə ilə qayıtmışdı. Güclü Xorvatiya millisinə qarşı Bakıda yaxşı oyun nümayiş etdirdik. Ancaq bu, bizim iki ildir sürən fəaliyyətimizin son nöqtəsi deyil. Biz hər zaman daha böyük uğurlar əldə etməyə can atırıq. Gənc, perspektivli oyunçuları komandaya cəlb etmək, kollektivdə yaxşı ab-hava, nizam-intizam yaratmaq lazımdır ki, müvəfəqiyyətlər davamlı olsun. Komandaya yeni gələndə qarşıma qoyduğum ən prioritet məsələ futbolçuların düşüncəsini, oyun mentalitetini dəyişmək idi. Ən böyük problemlərdən biri o idi ki, futbolçular indiyə kimi güclü rəqiblərlə qarşılaşanda ən böyük məqsəd olaraq, böyük hesabla məğlub olmamağı düşünürdülər. Elə işin də ən zəruri tərəfi oyuçulara özünəinam hissini aşılamaq idi".

R.Prosineçki bildirib ki, yığma üzvləri özlərinin də yaxşı futbolçu olduqlarını güclü rəqiblərə qarşı gözəl futbol oynaya bildiklərini anlamalıdırlar. Üstəlik, komandaya və oyunçulara inam olmalıdır: "Mənim inamım kifayət deyil, komandaya eyni zamanda mətbuat, azarkeşlər və bütün ölkə inanmalıdır. Bizim oyunçular da bu inamı öz oyunları ilə doğrultmalıdırlar".

Baş məşqçinin fikrincə, ikiillik müşahidələri Azərbaycan futbolunda xeyli inkişafın olduğunu göstərib: "İki ildir "Qəbələ", üç ildir "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Biz Avroliqanın tanınmış komandalarını və oyunçularını burada görə bilirik. Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində son üç oyun ərzində göstərdiyi uğurlu nəticə - 2 qələbə, 1 heç heçə sayəsində 7 xal toplayaraq qrupda ikinci pillədə qərarlaşıb. Bunlar da son illərdə futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlərin nəticəsidir".

Lakin R.Prosineçkinin sözlərinə görə, bu uğurlarla kifayətlənmək olmaz. Baş məşqçi bildirib ki, daha uğurlu nəticələrin əldə olunmasından ötrü bu işlər yenə də davam etdirilməlidir: "Son 2 ildə AFFA və Bakcell-in birgə layihəsi əsasında "Mançester Yunayted" məktəbi Azərbaycanda fəaliyyət göstərir. Orada istedadlı futbolçular yetişir. Oyunçularımız böyük turnirlərdə iştirak edirlər. Artıq Azərbaycan adı səslənəndə hər kəs hörmətlə yanaşır. Rəqiblər bilirlər ki, Azərbaycana qarşı futbol oynamaq heç də asan deyil".

Xorvatiyalı mütəxəssis görüşlər zamanı stadionların tam dolu olması arzusunu da ifadə edib: "Məsələn, ötən dəfə "Qarabağ" - "Neftçi" qarşılaşmasını canlı izləyirdim. Açığı, stadionda izdiham gözləsəm də, görüşə çox az sayda azarkeş qatılmışdı. Bir faktı da deyim, müşahidələrim göstərir ki, bizdə stadionun dolması əksər hallarda rəqib komandaya bağlı olur. Məsələn, 2017-ci ilin martında Almaniya ilə oyunumuz baş tutacaq. Əminəm ki, həmin matçda stadion tam dolacaq. Məncə, əsl azarkeş öz sevimli komandasına kimlə qarşılaşmasından asılı olmayaraq, hər zaman stadiondan can-başla dəstək olmalıdır. Arzu edərdim ki, Azərbaycan millisinə də dəstək bu formada olsun".

R.Prosineçki Azərbaycan futbolunun üstünlüklərini də sadalayıb: "Dünyanın hər yerində bu sahədə ən vacib məsələ istedadlı uşaqlar, uşaq futbol məktəbləridir. Azərbaycanda bunlar mövcuddur. Uşaqların üzərində səylə işləməklə, məşq etməklə uğur əldə etmək olar. Ancaq ən birinci həmin istedadlı uşaqları araşdırıb tapmaq lazımdır. Azərbaycan futbolu, hələ ki, öz imkanlarını tam istifadə edə bilməyib. Mən milliyə gəldikdə ilk növbədə gənc və istedadlı oyunçulara şans verdim ki, onlar öz bacarıqlarını göstərsinlər. Son vaxtlar da onların meydanda göstərdiyi oyun fiziki cəhətdən hazırlıqlı olduqlarına əyani sübutdur. Klub futboluna gəldikdə, "Qarabağ" iki dəfə az qala Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqdı. Bir az bəxtləri gətirmədi. Yenə qeyd edirəm, bizim "Qarabağ" və "Qəbələ" klubları qrupa vəsiqə qazanmaqla göstərirlər ki, Azərbaycanda istedadlı futbolçular var. Onların üzərində işləmək lazımdır ki, müvəfəqiyyətli nəticələr bol olsun".

Xorvatiyada milli komandaya o qədər də vəsaitin xərclənmədiyini deyən R.Prosineçki buna baxmayaraq, ölkə futbolçularının dünyanın aparıcı klublarında çıxış etdiklərini vurğulayıb. Baş məşqçinin fikrincə, bu, istedadlı oyunçuların çoxluğu ilə əlaqədardır: "Burada istedad çox vacib amildir. Sözsüz ki, klubların və milli komandanın çıxışları da oyunçulara təkan verir, bu da futbola olan marağı artırır. Son illərdə "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Azərbaycan millisi, son ayı götürsək, çox uğurla çıxış edərək qənaətbəxş nəticələr əldə edir. İnfrastruktur baxımından SOCAR və AFFA tərəfindən böyük işlər görülüb, yeni meydançalar tikilib. Bu da onu göstərir ki, infrastruktur baxımından futbolun inkişafı üçün problemlər yoxdur. Düşünürəm ki, Azərbaycanın nə vaxtsa dünya və yaxud Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması çox böyük nailiyyət olardı. Yığmada oynayan futbolçuların dünyanın ən tanınan, ən güclü komanda və oyunçuları ilə üzbəüz mübarizə aparması həm futbolçularda, həm də azyaşlı uşaqlarda böyük motivasiyaya səbəb ola bilər".

Baş məşqçi Azərbaycan yığmasında üstünlük verdiyi oyun üslubundan da danışıb: "Futbolda ən əsas faktor mübarizə əzmidir. Biz baxımlı, əzmli futbol nümayiş etdirmək istəyirik ki, azarkeşlər bizim oyundan zövq alsınlar. Sözsüz, bu, həmişə alınmır. Rəqibdən də çox şey asılıdır. Hər halda fəlsəfəm belədir ki, biz yalnız müdafiə oyunu və yaxud qabağa top vuraraq təsadüfi nə alınar-alınmaz yox, arxa xətdən ağıllı hücumlar qurub texnikalı futbol nümayiş etdirməliyik. Təbii ki, soruşsanız, deyərəm ki, Azərbaycan heç vaxt Braziliya olmayacaq. Çünki onların 200 milyondan çox əhalisi var, orada hər uşaq səhərdən axşamadək dəniz qırağında futbol oynayır. Azərbaycanda belə olmasa da, məqsədim öz üzərimizdə işləyərək daha baxımlı oyun göstərmək, mübarizə əzmimizi artırmaqdır. Biz istəyirik ki, Azərbaycana gələn hər bir yığma bizim asanlıqla təslim olmayacağımızı bilsin. Rəqiblər bizə qalib gəlmək üçün var gücü ilə mübarizə aparmalı olduqlarını anlamalıdırlar".

R.Prosineçki hansısa məktəbə uyğun futbol oynamağı nümunə götürmədiyini, özündə olan futbolçu materialı ilə işlədiyini söyləyib: "Yığmamızda oyunçu potensialı keyfiyyətlidir, fubolçuların durumundan çox razıyam. Gəlin, açıq danışaq, bir neçə il əvvəl Azərbaycan futbolundan o qədər də müsbət danışmırdılar. Ancaq seçmə mərhələnin son üç tur oyunlarından sonra artıq Avropada Azərbaycan futbolu müzakirələrə səbəb olub. Mənə elə gəlir ki, bu, çox böyük uğurdur, biz bununla sevinir və fəxr edirik. Yenə də qeyd edirəm, iş bununla bitmir, biz daha çox işləməliyik ki, öz futbol stilimizi heç bir məktəblə müqayisə etməyək və mövcud futbolçu potensialından istifadə edərək öz oyun tərzimizi sərgiləyək".

Milli komanda barədə nikbin fikirdə olduğunu deyən təcrübəli mütəxəssis gələcək uğurları daha çox azarkeşlərdən - "12-ci oyunçu"dan asılı sayıb. Onun fikrincə, klubların sayı və onlara maraq artsa, futbolçuların beynəlxalq çempionatlarda uğurlu çıxışları davamlı olacaq.

R.Prosineçki ailəsinin də Azərbaycanda yaşamaqdan məmnun olduğunu söyləyib: "Deyə bilmərəm, başqa ölkələr necədir. Amma ailəmlə burada yaşayırıq və çox məmnunuq. Uşaqlarım burada məktəbə gedirlər. Gözəl ölkədir, insanlar gözəldirlər, burada həm özüm, həm də ailəm özünü yaxşı və rahat hiss edir. Bakı böyük və təhlükəsiz şəhərdir. Ləziz mətbəxiniz var və bu, mənim çox xoşuma gəlir. Sakinləri istiqanlıdır, həmişə kömək etməyə çalışırlar. Bəzən ingilis dilinə görə çətinliyim olur, amma yenə də insanlar hər hansı bir şəkildə kömək etməyə çalışırlar. Futbola təzyiq bütün ölkələrdə böyükdür, Azərbaycanda bu təzyiq, bəlkə də, daha böyükdür, amma buna hazır olmaq lazımdır. Çox şadam ki, buradayam, şikayətim yoxdur, çox razıyam. İşdən kənar vaxtım az olur, onu da çalışıram, ailəmlə birlikdə keçirim. Bakıda çox görməli-gəzməli yerlər var, çox gözəl şəhərdir. Futboldan başqa yeganə hobbim ailəm olduğu üçün boş vaxtımı daha çox onlarla keçirirəm".

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bu qidaları axşam 6-dan sonra yeyə bilərsiniz -

30 Mart 2017 05:11

Zaqatala sakinindən qeyri-adi ixtira - FOTO/VİDEO

30 Mart 2017 04:33

Asfaltın çatlarına qızıl dolduruldu - FOTO

30 Mart 2017 04:32

7 yaşlı övladı öldürülən qadın:

30 Mart 2017 03:45

Diş daşlarını yox edən ucuz və səmərəli vasitə

30 Mart 2017 03:43

Bakıda mənzildə yanğın oldu

30 Mart 2017 03:34

"Xəyal mələkləri"nin FOTOları

30 Mart 2017 03:32

İstanbulda atışma - 3 yaralı

30 Mart 2017 03:19

Altı diplomat narkotikə görə işdən qovuldu

30 Mart 2017 03:04

Meksikada neft terminalında yanğın - 17 nəfər...

30 Mart 2017 02:58

Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər

30 Mart 2017 02:34

Gədəbəydə bıçaqlanma hadisəsi

30 Mart 2017 02:33

Möhtəşəm Adriana - FOTO

30 Mart 2017 02:32

Şəki sakini intihar edib

30 Mart 2017 02:30

Astroloji proqnoz - 30 mart

30 Mart 2017 02:18

Buenos Ayresdə Novruz bayramı qeyd olundu - FOTO

30 Mart 2017 02:08

İvanka Tramp atasının xüsusi müşaviri olacaq

30 Mart 2017 01:54

“Elektron ipoteka” sistemi “Elektron hökumət”ə qoşuldu

30 Mart 2017 01:50

Gəncə və Goranboyda yol qəzaları baş verib

30 Mart 2017 01:48

Bağdadda partlayış:

30 Mart 2017 01:36

"Balmain"dan yeni kolleksiya - FOTO

30 Mart 2017 01:32

Bazarlarda pomidor ucuzlaşdı -

30 Mart 2017 01:12

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32