Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakı-Tbilisi-Qars Pekin və London arasında dəmiryolu əlaqəsinin ən önəmli hissəsi olacaq"

"Bakı-Tbilisi-Qars Pekin və London arasında dəmiryolu əlaqəsinin ən önəmli hissəsi olacaq"

Date: 4 November 2016 19:52

Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı gözlənilir. Bu, Pekin və London arasında dəmiryolu əlaqəsinin ən vacib hissəsi olacaq.

Milli.Az report-a istinadən bildirir ki, bunu İstanbulda keçirilən Maliyyə Konqresində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident, həmçinin bildirib ki, səkkiz il davam edən qlobal böhranın neqativ nəticələrini yalnız islahat yolu ilə aradan qaldırmaq mümkündür.

Onun sözlərinə görə, dəyişikliklərin baş verməməsi onunla nəticələndi ki, dünya iqtisadiyyatı hələ də 2008-ci ilin həcminə çata bilməyib.
R.T.Ərdoğan vurğulayıb ki, ciddi çətinliklərə baxmayaraq Türkiyə iqtisadiyyatı ümumdünya göstəricilərini üstələyən artım göstərib: "Eyni zamanda böyük dövlətlərin orta inkişaf göstəriciləri 2% səviyyəsindədir". 

O diqqətə çatdırıb ki, Türkiyədə iqtisadi inkişaf tempi 3-4% civarındadır, baxmayaraq, ölkə qeyri-sabit regionda yerləşir.
"Qlobal iqtisadi böhran başlayanda demişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri mənim sözlərimə qeyri-ciddi yanaşdı. Ancaq reallıq onu göstərdi ki, 2009-cu ildə cüzi geriləmə istisna olmaqla, Türkiyənin iqtisadiyyatı rekord sürətlə artdı. Bundan başqa, ölkədə dövlət çevrilişinə cəhd oldu. Buna baxmayaraq, meqalayihələrin reallaşması davam etdirildi", - R.T.Ərdoğan deyib.

Milli.Az


Tags:  Bakı-Tbilisi-Qars Pekin London arasında dəmiryolu əlaqəsinin önəmli hissəsi olacaq


RƏYLƏR


Top news