"Kəpəz"də 5 itki

"Kəpəz"də 5 itki
19:57 4 Noyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XI turunda Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu rəqiblə oyuna itkilərlə çıxacaq. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın 5 əsas futbolçusu cəza və zədə səbəbindən qarşıdakı matçda “sarı-göylər”ə kömək edə bilməyəcək.


Gəncə klubunun kapitanı Tural Axundov və Renan da Silva cəzalı duruma düşüb. Axundov bir tur öncə “Zirə”yə qarşı matçda qırmızı vərəqə alıbsa, braziliyalı sarı vərəqə limitini doldurub.


Zədəlilərə gəlincə, bunlar Şəhriyar Əliyev, Vüqar Bəybalayev və Dario Frederikodur. Sonuncu bu həftədən fitnes məşqlərinə başlayıb. Son iki gündə kollektiv çalışmalara qoşulan Əliyev və ötən həftədən məşqlərə başlayan Bəybalayev isə tam hazır olmadığından oynaya bilməyəcək.


İtkilərin yerini doldurmaq üçün “Kəpəz”in baş məşqçisi Şahin Diniyev əsas komandaya əvəzedici heyətdən beş oyunçu dəvət edəcək.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotd-5-itki-t53917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR