Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"ABŞ hökumətinin öz öhdəliklərini yerinə yetirə bilməməsindən təəssüflənirik" - BƏYANAT

"ABŞ hökumətinin öz öhdəliklərini yerinə yetirə bilməməsindən təəssüflənirik" - BƏYANAT

Date: 4 November 2016 20:09

Biz ABŞ hökumətinin öz fiziki və hüquqi vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində öz öhdəliklərini yerinə yetirə bilməməsindən təəssüf hissi keçiririk.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin ATƏT Daimi Şurasının 1117 saylı iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə bağlı bəyanatında deyilir.

 

Bildirilir ki, ATƏT-ə üzv ölkələr hüquqi və fiziki şəxslərin qanunsuz fəaliyyətlərinin qarısının alınması və dayandırılması üçün bir sıra öhdəliklər nümayiş etdiriblər: “Biz ABŞ hökumətini ATƏT yanında və digər öhdəliklərini yerinə yetirməyə və bu kimi fəaliyyətlərin qarışını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. Biz ABŞ hökumətini ATƏT-in müvafiq icra strukturlarının köməyi ilə öz milli qanunvericiliyini beynəlxalq öhdəliklərə uyğunlaşdırmağa və bu məsələ ilə bağlı dialoqa girməyə çağırırıq”.


Tags:  ABŞ hökumətinin öz öhdəliklərini yerinə yetirə bilməməsindən təəssüflənirik BƏYANAT


RƏYLƏR


Top news